Oğlan nişanını geri qaytaran qızın boğazını üzdü

Oğlan nişanını geri qaytaran qızın boğazını üzdü
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda gənc oğlan nişanlısını boğazından bıçaqlayaraq qətlə yetirib.

“A24.az” “report”a istinadən bildirir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısına (oğlanın adı hələ açıqlanmır) üzüyü geri qaytarmağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub. Bundan sonra oğlan tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, oğlan onun evinə gedərək boğaz nahiyəsinə bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ.Ağayevanın bacısı 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb.

Nəticədə İ.Ağayeva hadisə yerində ölüb. R.Ağayeva isə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar