Oğlanı öldürüb bankomatdan çıxardığı pulları apardılar - FOTOLAR

Oğlanı öldürüb bankomatdan çıxardığı pulları apardılar – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində qətl törədilib.

A24.Az APA-ya istinadla xəbər verir ki, hadisə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava zamanı qeydə alınıb.

Qəsəbənin girişindəki marketin qarşısında 22 yaşlı Vüqar adlı qəsəbə sakininə tanımadığı şəxslər hücum edib. Bu vaxt onun yanında dostu, 1997-ci il təvəllüdlü Səlimov Kənan Nəsimi oğlu da olub və dostlar həmin ünvanda yerləşən bankomatdan pul çıxararaq evə gedirmişlər. K.Səlimov tərəfləri ayırmağa çalışıb, ancaq naməlum şəxslər hər iki oğlana bıçaqla xəsarətlər yetirib.

Vüqarın yaxınları bildirib ki, ən çox zərbələr bankomatdan pul çıxaran Vüqara dəyib. Nəticədə Vüqar yerində keçinib, hadisəni törədənlər isə pulu götürərək ərazidən uzaqlaşıblar. Xəsarət almış K.Səlimov ətrafdakıların köməyilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis və prokurorluq nümayəndələri gəlib. Ərazidə müayinələr aparılıb. Qətli törədənlərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar