A24 Xeber

Oğlu tərəfindən döyülən Gədəbəy sakini xəstəxanada öldü

Oğlu tərəfindən döyülən Gədəbəy sakini xəstəxanada öldü
50
07 Avqust 2018 - 9:21

 Gədəbəy rayonunda oğlu tərəfindən döyülən kişi xəstəxanada ölüb.

A24.Az “Report”a istinadən xəbər verir ki, bir müddət əvvəl rayonun Toplar kənd sakini, 1944-cü il təvəllüdlü Aydın Şıx oğlu Məmmədhəsənov sərxoş vəziyyətdə olan oğlu tərəfindən döyülərək ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlarla baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

A.Məmmədhəsənovun ölümündə şübhəli bilinən oğlu Yaşar Məmmədhəsənov saxlanılılb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00