Gəlini oğlunu öldürdü, şikayətçi olmadı - ŞOK SƏBƏB

Gəlini oğlunu öldürdü, şikayətçi olmadı – ŞOK SƏBƏB
Want create site? Find Free WordPress Themes and plugins.

Qaynana onun oğlunu öldürən gəlinindən şikayətçi olmayıb və bunun səbəbini açıqlayıb.

2016-cı ilin noyabrındaTürkiyədə 26 yaşlı qadın Elif Çirak 27 yaşlı əri Suat Çırakı evdə baş verən şəxsi münaqişə zəminində bıçaq zərbəsi ilə öldürüb. Suat onu boğub öldürmək istəyərkən Elif bıçaqla onu qətlə yetirib.

Oğlunu itirən qaynana isə məhkəmədə gəlinindən şikayətçi olmayıb. Elif Çıraka ilk məhkəmədə 15 il həbs cəzası verilib.

Qaynananın oğlunu öldürən gəlindən niyə şikayətçi olmadığı da açıqlanıb.

‘Oğlumun babasından çok çektim, gelinimi anlıyorum’

A24.Az Hurriyet-ə istinadən xəbər verir ki, Elifin bacısı Hacer İlikmenin digər oğlu ilə evlidir və uşaqları da var. Ana ölən oğlundan qalan nəvəsi ilə birlikdə bu evdə yaşayır. Gəlinindən niyə şikayətçi olmadığının da səbəbini belə açıqlayıb:

“Elifin bacısı mənim gəlinimdir. Onun heç bir günahı yoxdur. Mən iki dəfə ailə qurmuşam. Öldürülən oğlum ilk evliliyimdəndir. Mən ərimdən çox çəkdim. Şiddət gördüm, təhqir edildim. Suat doğru-düzgün işləmirdi. Eliflə tez-tez dalaşırdılar. Hətta mən onlara ayrılmağı məsləhət görmüşdüm. Tez-tez bir-birilərini öldürmək istəyirdilər. İkisi də narkotika alüdəçisi idi. Mən Elifə dəfələrlə dedim ki, boşansın, onunla görüşməsin, mən oğlumu müalicəyə aparacam. Amma olmadı. Bir-birilərindən əl çəkmədilər. Məhkəmədə gəlinimin nə halda olduğunu gördüm. O çox peşmandır. Öldürmək istəməmişdi. Oğlum öləndə belə Elifi qorudu. Qardaşının onu günahlandırmasına izn vermədi. Oğlumun yadigarını böyüdəcəm”.

Elifin bacısı Emriye İlikmən isə öz facisəindən danışıb: “Bacım ərini və qaynımı qətlə yetirdi. Mən iki ailənin ortasında qalmışam. Suatın atası mənim atamı təhdid edir. Yeganə yol boşanmaqdır. Mən öz faciəmi düşünürəm”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Dünya, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar