Oğuzda "VAZ" motosikletlə toqquşdu: Xəsarət alan var

Oğuzda “VAZ” motosikletlə toqquşdu: Xəsarət alan var
Want create site? Find Free WordPress Themes and plugins.

Oğuzda minik avtomobili ilə motosiklet toqquşub, bir nəfər xəsarət alıb.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə aprelin 26-sı axşam saatlarında rayonun Yemişanlı kəndində baş verib.  Rayonun Padar kənd sakini, 1964-cü il təvəllüdlü Nasim Kamil oğlu Səmədovun idarə etdiyi qoşqulu motosiklet hələ ki şəxsiyyəti məlum olmayan  sürücünün idarə etdiyi “VAZ 21074” markalı 10 SL 827 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Qəzadan sonra VAZ 21074 markalı avtomobilin sürücüsü xəsarət almasa da, motosikletin sürücüsü Nasim Səmədov Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Oğuz MRX-dan verilən məlumata görə, Nasim Səmədova lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətini nəzərə alaraq müayinə və müalicə edilmək üçün Şəki MRX-a göndərilib.

 Şəki MRX-dan APA-ya verilən məlumata görə, Nasim Səmədova xayaların cırılması dioqnozu qoyulub, hazırda onun üzərində cərrahiyə əməliyyatı aparılır.

Faktla bağlı Oğuz rayon polis Şöbəsində araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar