A24 Xeber

Ölən ginekoloq ailənin tək qızı imiş: Atası isə…

Ölən ginekoloq ailənin tək qızı imiş: Atası isə…
1. 367
04 Aprel 2018 - 12:40
Ötən gün dünyasını dəyişən həkim Səbinə Mirzəyevanın atası, “Azərsutikinti” xəstəxanasının baş həkimi Elman Mirzəyev bu günə kimi 3 dəfə insult keçirib.
A24.Az xəbər verir ki, bu haqda həkimin qohumlarından biri Sfera.az-a məlumat verib.
Bizə verilən məlumata görə, Səbinə Mirzəyeva ailənin tək qızı olub. Ötən gün baş verən hadisə gün ərzində onun övladlarından gizli saxlanılıb. Həkimin övladlarından biri 10-cu sinifdə oxuyur.
Mənbəmiz Səbinə Mirzəyevanın ani ölümü ilə bağlı bunları deyib:
“Mənim məlumatıma görə, o heç bir konfransda hirslənməyib. Sadəcə olaraq beyin damarı partlayıb. Bu səbəbdən də dünyasını dəyişib”.
Qeyd edək ki, S.Mirzəyevanın anası Ofeliya xanım da həkimdir.
OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00