A24 Xeber

Ölən şəxsin kreditini sığorta şirkəti ödəyə bilmir : Səbəbi isə olduqca maraqlıdır – VİDEO

Ölən şəxsin kreditini sığorta şirkəti ödəyə bilmir : Səbəbi isə olduqca maraqlıdır – VİDEO
585
31 Mart 2017 - 23:41

Bank dünyasını dəyişmiş həyat yoldaşının kreditini 1-ci qrup əlil arvadından tələb edir. Sığorta şirkəti isə məbləgin ödənildiyini iddia edir.

Cəlilabad sakini Elmira İlyasovanın mərhum həyat yoldaşı Səxavət İlyasov ötən il banklardan birindən 8 yüz manat məbləğində kredit götürüb. Krediti bir neçə ay ödədikdən sonra o rəhmətə gedib. Səxavət İlyasovun bankdan götürdüyü kredit sığortalanıb. O dünyasını dəyişəndən sonra həyat yoldaşı onun ölümü ilə bağlı müvafiq sənədləri kredit və sığorta təşkilatına təqdim edib.

Kredit təşkilatının ödənişləri bankar vasitəsi ilə həyata keçirildiyi üçün Mərhum Səxavət İlyasovun kretinin qalan 530 manatlıq hissəsi də sığorta təşkilatı tərəfindən banklardan birinin (Texnikabank) hesabına köçürülüb. Lakin Həmin Bank (Texnikabank) bağlanmaq ərəfəsində olduğu üçün sığorta ödənişi kredit təşkilatının hesabına köçürülməyib.

Hazırda Elmira İlyasovaya xəbərdarlıq məktubları göndərilir. Sığorta təşkilatı isə nəzərdə tutulmuş məbləğin ödənildiyini bildirir.

A24.Az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondundan “XəzərXəbər”ə bildirilib ki, məsələnin dəqiq və ətraflı araşdırılması üçün həmin şəxs fonda müraciət etməlidir. Yalnız bundan sonra Elmira İlyasovanın məsələsi ilə bağlı açıqlma verilə bilər.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00