Ölən süpürgəçinin qızlarına ev veriləcək - VİDEO

Ölən süpürgəçinin qızlarına ev veriləcək – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bir neçə gün öncə Bakıda avtomobilin vurması nəticəsində faciəvi şəkildə dünyasını dəyişən 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Salahova Cəmilənin azyaşlı qızlarına kömək etmək istəyənlərin sayı gündən-günə çoxalır.

A24.Az Yenicag.az-a istinadən xəbər verir ki, millət vəkili Qənirə Paşayeva da bu gün həmin ailəyə baş çəkib. O, icra başçısından bu ailə üçün ev tikilməsini xahiş edib. Rayon icra rəhbərliyi də problemin yaxın günlərdə həll olunacağını qeyd edib.

Bu barədə məlumatı saytımıza açıqlamasında mərhum Cəmilə Salahovanın bacısı Tünzalə xanım bildirib. Ev tikilənə qədər isə ailə başqa bir evdə kirayə yaşayacaq. Onların kirayə pulu da rəhbərlik tərəfindən ödəniləcək.

Qeyd edək ki, Cəmilə Salahovanın Jalə və Zümrüd adında iki qız övladı var. Onlar xalası Tünzalə xanımla birlikdə yaşayırlar. Tünzalə xanım da saytımıza danışarkən şəraitsiz evdə kirayədə qaldıqlarını, ev probleminin olduğunu bildirmişdi. Mərhumə də sağlığında pul yığıb, ev almaq üçün çalışırmış.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar