Ölkə ərazisində geomaqnit qasırğası gözlənilir

Ölkə ərazisində geomaqnit qasırğası gözlənilir
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün və qarşıdan gələn günlərdə geomaqnit həyəcanının  davam edəcəyi gözlənilir.

A24.Az xəbər verir ki, bu barədə  Şamaxı Astrofizika Rəsədxanasının direktorunun elmi işlər üzrə müavini Elçin Babayev deyib.

O bildirib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 4-dür (maksimum 9 olur), lakin o, daha da artacaq:

“Yaxın saatlarda və 11 aprel tarixində G1 sinifli qasırğa gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir.

Geomaqnit həyəcanlanmasının əsas səbəbi Günəş səthində hal-hazırda mövcud olan və kanyonabənzər böyük ölçülü “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli və neqativ polyarlığa malik Günəş plazma küləyinin təsiridir.

“Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də Yer planetinə doğru yönəlir. Hal-hazırda “günahkar” plazma küləyini sürəti 515 km/saniyə-dir”.

E. Babayev qeyd edib ki, planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və “katalizator” rolunu oynayır:

“Atmosfer təzyiqinin xeyli qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır.

Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltlarının (“Aurora borealis”) şəkilləri də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir zəif olur.

Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər”.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar