Ölkə şokda: Əsgərlər polisləri vurdu, çoxlu sayda ölən var

Ölkə şokda: Əsgərlər polisləri vurdu, çoxlu sayda ölən var
Want create site? Find Free WordPress Themes and plugins.

Filippində əsgərlə polisin bir-birindən xəbərsiz gerçəkləşdirdiyi əməliyyat zamanı 6 polisin öldürüldüyü bildirilib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, hadisə Filippinin Samar şəhərində baş verib. Əsgərlə polisin bir-birindən xəbərsiz həyata keçirdiyi “dost atəşi” əməliyyatı faciə ilə sonlanıb.

Baş komandir Mariel Magavay bildirib ki,  Samarın Villareal qəsəbəsində meşəlik sahədə həyata keçirilən əməliyyatda polis qüvvələri ilə əsgərlər səhvən bir-birilərini vurublar. Hadisə zamanı 6 polis məmuru dünyasını dəyişib.

Hadisə zamanı 9 polisin yaralandığını ifadə edən Magavay yaralıların müalicə olunduğunu qeyd edib.

Hadisəylə bağlı ölkədə araşdırma başladılıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar