A24 Xeber

Ölkə tarixində bir ilk! Prezident vəzifədən uzaqlaşdırıldı

Ölkə tarixində bir ilk! Prezident vəzifədən uzaqlaşdırıldı
572
10 Mart 2017 - 15:44

Cənubi Koreyanın prezidenti Park Geun-Hye vəzifəsindən uzaqlaşdırılıb.

A24.Az xəbər verir ki, Konstitusiya Məhkəməsi parlamentin qəbul etdiyi qərarı qəbul edib. Səbəb kimi prezidentin adının rüşvət qalmaqalına qarışması göstərilib. Keçmiş dövlət başçısı Park yaxın dostu  Choi Soon-Silun rəsmi vəzifəsi olmamasına baxmayaraq, önəmli dövlət işlərinə qarışmasına göz yummaqda da günahlandırılıb. Choinin bu yaxınlıqdan istifadə edərək maddiyat güddüyü açıqlanıb.

Qeyd edək ki, ölkə tarixində prezidentin postundan uuzaqlaşdırılması ilk dəfə yaşanıb. 60 gün içərisində prezidentlik üçün səsvermə keçiriləcək. İddialara görə, müxalifətçilərin ölkənin başına keçməsi daha real görülür.

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00