Ölkə xaricinə bəzi UÇUŞLARIN vaxtı DƏYİŞDİ

Ölkə xaricinə bəzi UÇUŞLARIN vaxtı DƏYİŞDİ
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakıdan Moskva, Bağdad və Bodrum istiqamətində bu gün yerinə yetiriləcək reyslərin cədvəlində dəyişikliklər edib.

Bu barədə A24.Az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Dəyişikliyə əsasən, J2 852 Bakı-Moskva reysi 10:40-dan 17:00-a, J2 5011 Bakı-Bağdad reysi 19:00-dan 01:00-a (növbəti gün), J2 023 Bakı-Bodrum reysi isə 10:00-dan 14:00-a keçirilib. Əks istiqamətlərə uçuşlarda da dəyişiklik var.

Belə ki, J2 851 Moskva-Bakı reysi 14:50-dan 20:10-a, J2 5012 Bağdad-Bakı reysi 22:45-dan 03:45-ə (növbəti gün) və J2 024 Bodrum-Bakı reysi 14:15-dən 18:15-ə keçirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar