Ölkədə dollar qıtlığı hələ davam edəcək

Ölkədə dollar qıtlığı hələ davam edəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Ekspertlər manata yönəlik təzyiqlərin azı iki ay səngiməyəcəyini proqnozlaşdırırlar.

A24.Az” xəbər verir ki, avqustun 19-dan etibarən ölkə banklarının ABŞ dollarının satışını məhdudlaşdırmaları, bəzi hallarda isə tam dayandırmaları cəmiyyətdə manatın ucuzlaşmaqda davam edəcəyinə dair narahatlığı artırıb.

Yaranmış vəziyyəti “A24.Az”-a şərh edən iqtisadçı Nazim Məmmədov bildirib ki, Azərbaycanda dollar qıtlığının yenidən kəskinləşməsi bir sıra amillərlə bağlıdır: “Bankların ABŞ dollarının satışını məhdudlaşdırmaları bu valyutaya olan tələbatın artmasının göstəricisidir. Mərkəzi Bankdan sonra Neft Fondunun da valyuta hərracına çıxardığı vəsait tələbatı ödəmədiyindən, belə vəziyyət yaranır. Eyni zamanda, əhali də manatın ucuzlaşmasından sığortalanmaq üçün əlində olan manatı dollara çevirməyi lazım bilir. Digər tərəfdən, ölkədə dollar qıtlığını sadəcə, idxal əməliyyatları ilə bağlamaq doğru olmazdı. Etiraf edək ki, ümumiyyətlə, ölkədən kapital axını sürətlənib. Bu da nəticə etibarilə valyuta bazarında gərginliyə gətirib çıxarır. Fikrimcə, bu tendensiya qarşıdakı iki ay ərzində davam edəcək”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar