Ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 521 min nəfəri ötüb

Ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 521 min nəfəri ötüb
Want create site? Find Free WordPress Themes and plugins.

Bu il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 521,1 min nəfər olub.

Onlardan 889,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 631,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

“A24.az”-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, muzdla işləyənlərin 22,2 faizi təhsil, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,8 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 10,6 faizi isə iqtisadiyyatın digər sahələrində çalışıblar.

Həmin dövr ərzində ölkə iqtisadiyyatında muzdla işləyən işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 488,1 manat təşkil edib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar