ÖLKƏMİZDƏ 15 nəfərin öldüyü dəhşətli yanğından 3 il ötür- FOTO

ÖLKƏMİZDƏ 15 nəfərin öldüyü dəhşətli yanğından 3 il ötür- FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Bakının Binəqədi rayonunda yerləşən yaşayış binasında baş verən dəhşətli yanğından 3 il ötür.

A24.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın səhər saatlarında Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verib.

Hadisə nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.

Yanğının baş verməsinə səbəb kimi binanın yanan “poliuretan” materialı ilə üzlənməsi göstərilib.

Hadisə ilə bağlı “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov həbs ediliblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar