Ölkəmizdə bu il 250-dək modul tipli məktəbin tikintisi başa çatacaq

Ölkəmizdə bu il 250-dək modul tipli məktəbin tikintisi başa çatacaq
Want create site? Find Free WordPress Themes and plugins.

 “Azərbaycan təhsil sistemində aparılan islahatlar nəticəsində 15 yaşdan yuxarı əhali arasında savadlılıq, ibtidai təhsilə nail olma, ibtidai təhsili başavurma səviyyəsi, demək olar ki, 100 faizə çatdırılıb”.

“A24.Az”ın məlumatına görə, bunu Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, təhsilin kefiyyətinə təsir edən ən vacib amillərdən biri erkən yaş inkişafı ilə bağlıdır: “Təhsil Nazirliyi bunu anlayır və bu istiqamətdə müxtəlif addımlar atır. Belə ki, bu ilin sonunadək 250-dək modul tipli məktəbin tikintisi başa çatdırılacaq. Eyni zamanda son 5 ildə yeni məktəblərin tikintisi və köhnə məktəblərin təmiri nəticəsində 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşdırılıb”.

F.Qurbanov qeyd edib ki, ali təhsilə qəbul onların sayı 2013-cü ildən fərqli olaraq 145 mindən 162 minə qədər yüksəlib, ali təhsilin bakalvar pilləsindən magistr piləsinə qəbul alanların sayı 2013-cü illə müqayisə 35 min artaraq bu il 44 min təşkil edib: “Peşə təhsili də kənarda qalmayıb. Avropa İttifaqının maliyyə yardımı ilə 4 müxtəlif layihə həyata keçirdik”.

Nazir müavini bildirib ki, təhsil sahəsində qadınların oynadığı rol çox böyükdür: “İndi təhsildə qızların sayı da çoxalıb. Müəllimlərin 82 faizi, tələbələrin isə 46 faizi qadındır”. /Report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar