A24 Xeber

Ölkəmizdə DOLLARA olan təlabat AZALIB

Ölkəmizdə DOLLARA olan təlabat AZALIB
49
09 Avqust 2018 - 17:49

Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondunun iştirakı ilə bu gün keçirilmiş valyuta hərracında manatın dollara nisbətdə məzənnəsi 1,7 AZN/USD təşkil edib.

A24.Az-a bank dairələrindəki mənbədən verilən məlumata görə, hərracda 70 milyon dollarlıq təklifə qarşı tələb 41,2 milyon dollar təşkil edib.

Mənbə bildirib ki, əvvəlki hərracda da tələb (57,2 milyon dollar) təklifdən (70 milyon dollar) az olmuşdu.

Beləliklə, bir həftə ərzində 140 milyon dollar təklifə qarşı tələb 98,4 milyon dollar təşkil edib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00