Ölkəmizdə ən yaşlı abituriyentlərin 71 yaşı var: 50-dən yuxarı olanlar isə..

Ölkəmizdə ən yaşlı abituriyentlərin 71 yaşı var: 50-dən yuxarı olanlar isə..
Want create site? Find Free WordPress Themes and plugins.

Son 10 il ərzində Azərbaycanda yaşı 50-dən çox olan 155 abituriyent ali məktəbə qəbul olmaq üçün sənəd verib, onlar arasında ən yaşlı 2 nəfərin 71 yaşı olub.

A24.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 2009-cu ildə ali məktəbə qəbul olmaq üçün yaşı 50-dən çox olan 10 nəfər sənəd verib. Həmin ildə onlardan ən yaşlısının 59 yaşı (1950-ci il təvəllüdlü) olub. 2010-cu ildə 9 (ən yaşlısı 1939-cu il təvəllüdlü), 2011-ci ildə 13 (ən yaşlısı 1939-cu il təvəllüdlü), 2012-ci ildə 19 (ən yaşlısı 1955-ci il təvəllüdlü), 2013-cü ildə 13 (ən yaşlısı 1956-cı il təvəllüdlü), 2014-cü ildə 22 (ən yaşlısı 1956-cı il təvəllüdlü), 2015-ci ildə 19 (ən yaşlısı 1959-cu il təvəllüdlü), 2016-cı ildə 23 (ən yaşlısı 1958-ci il təvəllüdlü), 2017-ci ildə 16 (ən yaşlısı 1959-cu il təvəllüdlü), 2018-ci ildə 11 nəfər (ən yaşlısı 1960-cı il təvəllüdlü) yaşı 50-dən çox olan abituriyent ali məktəbə qəbul olmaq üçün sənəd verib.

Son 10 ildə ali məktəbə sənəd verən 155 nəfər yaşlı abituriyentin yalnız 7-si ali məktəbə qəbul olub. 2009-cu ildə yaşı 50-dən çox olan 1, 2010-cu ildə 1, 2013-cü ildə 2, 2014-cü ildə 1, 2015-ci ildə 1, 2017-ci ildə 1 nəfər ali məktəbə qəbul ola bilib.

Yaşı 50-dən çox olan abituriyentlərin çoxu ilk dəfə ali təhsil almaq üçün sənəd verənlərdir.

Ümumilikdə 155 abituriyentin 27-si ali təhsilli, 128-i isə ali təhsili olmayan olub. Yeri gəlmişkən qeyd edək ki, bu il ali məktəbə sənəd verən yaşı 50-dən çox olan 11 abituriyentin heç birinin ali təhsili yoxdur.

Yaşı 50-dən çox olan abituriyentlərin qəbul olunduqları ixtisaslara gəldikdə, 2009-cu ildə 1 nəfər Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz mühəndisliyi (qiyabi), 2010-cu ildə 1 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinin dizayn (əyani), 2013-cü ildə 2 nəfər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması (əyani) və Azərbaycan Dillər Universitetinin Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə, əyani), 2014-cü ildə 1 nəfər Naxçıvan Dövlət Universitetinin riyaziyyat müəllimliyi (qiyabi), 2015-ci ildə 1 nəfər Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri (qiyabi), 2017-ci ildə 1 nəfər Azərbaycan Kooperasiya Universitetinin metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi (əyani) fakültəsinə qəbul olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar