Ölkəmizdə heyvan kəsimi üçün xüsusi yerlər yaradılır

Ölkəmizdə heyvan kəsimi üçün xüsusi yerlər yaradılır
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda heyvanların kəsilərək satılması üçün xüsusi yerlər yaradılacaq.

A24.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Q.Təhməzli bildirib ki, küçələrdə və müəyyən edilməyən yerlərdə heyvanların kəsilməsinin qarşısı alınacaq:

“Bəzən həyətlərdə, göz qabağında kəsilən heyvanların ətinin alınmasına üstünlük verirlər. Bu, düzgün deyil. İri və xırdabuynuzlu heyvanların mobil tipli kəsim yerləri yaradılacaq. Bununla bağlı işlər görülür və biz sahibkarlara da bu barədə məlumat vermişik. Sahibkarlar özləri də bu sahədə maraqlıdırlar”.

Qeyd edək ki, iyunun 11-də Prezident İlham Əliyev heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı tədbirlər görsün; sərəncamın 1.1-ci bəndinə uyğun olaraq yaradılacaq heyvan kəsimi məntəqələrinin müvafiq laboratoriyalarla təchiz olunmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü və 8-ci maddələrinin tələblərindən irəli gələrək, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlər görsün; sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar