Ölkəmizdə İLK DƏFƏ maliyyə sərgisi keçiriləcək

Ölkəmizdə İLK DƏFƏ maliyyə sərgisi keçiriləcək
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin Müşahidə Şurasının (MŞ) görüşü keçirilib.

A24.Az ASA-ya istinadən xəbər verir ki, görüşdə qurumun sədri Mustafa Abbasbəyli və MŞ-nın üzvü olan sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri iştirak edib.

M.Abbasbəyli rəhbərlik etdiyi qurumun bu ilin I rübündəki fəaliyyəti barədə qısa məlumat verib. O, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçirməsi niyyətində olduğunu bəyan edib. ASA sədrinin sözlərinə görə, məqsəd maliyyə sektorunun bütün iştirakçılarının – bank, sığorta və investisiya şirkətlərinin, həmçinin, maliyyə sahəsində fəaliyyət göstərən xarici şirkətlərin bir araya gətirilməsi, burada təmsil olunması və müasir informasiya-kommunikasiya texnologiyalarının maliyyə sektorunda tətbiqinin təşviq edilməsindən ibarətdir. Sərgi keçirilən günlərdə Azərbaycan Sığortaçılar Forumunun da keçirilməsi nəzərdə tutulub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar