Ölkəmizdə xarici uçuşların sayı artırılacaq

Ölkəmizdə xarici uçuşların sayı artırılacaq
Want create site? Find Free WordPress Themes and plugins.

“Prezident İlham Əliyevin siyasəti sayəsində bu gün ölkədə nəqliyyat sektoru dinamik inkişaf edir”.
A24.Az-ın APA-ya istinadla xəbərinə görə, bunu rabitə, nəqliyyat və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə  Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitində çıxışında deyib.

E.Vəlizadə deyib  ki, bu gün Azərbaycan regionun əsas nəqliyyat mərkəzinə çevrilib: “Hazırda Azərbaycan regionda nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində bir sıra layihələrin icrasçısı və təşəbbüskarı kimi çıxış edir və dünya nəqliyyat xəritəsinə mühüm imkanlar əlavə edir”.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 6 beynəlxalq hava limanı mövcuddur  və bu ilin may ayında Heydər Əliyev limanı regionda ilk, dünyada isə sayı 8 olan beşulduzlu hava limanlarından biri seçilib. E.Vəlizadə əlavə edib ki, yeni təyyarələrin alınması, uçuşların genişləndirilməsi nəzərdə tutulur: “Azərbaycan regionda yeganə ölkədir ki, yeni “Dreamliner”lərə malikdir və yenilərinin alınması planlaşdırılr. Azərbaycan uçuşların coğrafiyasını genişləndirərək 100 istiqamətə uçuşlar təşkil edəcək”.

Nazir müavini qeyd edib ki, Azərbaycanda nəqiyyat və turizm sektorunun inkişafı üzrə fəaliyyət davam etdirilir və bu işdə ölkəmiz tərəfdaşlarla əməkdaşlığa hazırdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar