Ölkəyə qanunsuz yollarla telefon keçirmək istədilər: SAXLANILDILAR

Ölkəyə qanunsuz yollarla telefon keçirmək istədilər: SAXLANILDILAR
Want create site? Find Free WordPress Themes and plugins.

Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən “A24.Az”a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin arxa təkərlərinin içərisində Çin istehsalı olan 10 ədəd “Fuua”, 30 ədəd “X-inova”, 20 ədəd “Kibosun”, 10 ədəd “ZHT”, 5 ədəd “Sunelen” və 5 ədəd “B110” markalı mobil telefonlar, həmçinin 30 ədəd qidalandırıcı qurğu aşkara çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar