Ölmüş ulduzlar “dirilə” bilir

Ölmüş ulduzlar “dirilə” bilir
Want create site? Find Free WordPress Themes and plugins.

Çarlston Universitetinin astrofizikləri riyazi hesablamalar nəticəsində müəyyən ediblər ki, kosmosdakı qara dəliklər ölmüş ulduzları “diriltmək” qabiliyyətinə malikdir.

A24.Az BBC-yə istinadla xəbər verir ki, astronomiya elmi qara dəliklərin ulduzları yalnız parçalaması və qalıqlarını udması nəzəriyyəsini irəli sürürdü. “Astrophysical Journal” nəşrində dərc olunmuş yeni məqalə bunun əksini sübut edir.

Riyazi hesablamalarla əsaslandırılmış elmi məqalədə göstərilir ki, hər hansı ulduzun qara dəliyə çox yaxın məsafədə yerləşməsi onun məhv olacağı deməkdir. Yer səthindəki qabarma və çəkilmələrə bənzəyən, lakin milyon dəfə qüvvətli olan qravitasiya qüvvəsi ulduzu yastılaşdırır və parçalara ayırır. Sonra həmin parçaları qara dəlik udur. Lakin “ağ cırtdan” adlanan ulduzların (Günəş planetinin də gələcəkdə bu qəbildən olacağı gözlənilir) məhvi daha effektlidir. Qara dəliyə təslim olmazdan əvvəl onların daxilində termonüvə reaksiyaları tamamilə dayanır. Yeni riyazi hesablamalar isə bunun əksi olan prosesləri əsaslandırır: qabarma gücü “ağ cırtdan” ulduzları sıxır və müxtəlif istiqamətlərə yönəldir ki, bu da termonüvə proseslərinin yenilənməsinə səbəb olur. Bu zaman ölən ulduz həmişəlik məhv olmazdan əvvəl müvəqqəti olaraq alovlana bilər. Ən əsası isə ulduzun canlanması üçün orta kütləyə malik qara dəlik olmalıdır. Bu cür ulduzları alimlər hələ ki kainatda aşkar edə bilməyib.

Məqalədə qeyd olunur ki, astronomiya elminə iki tip qara dəlik məlumdur. Birincilər – ulduz kütləsinin qara dəlikləri ölən ulduzun ətrafındakı qravitasiya prosesində yaranır və Günəşdən təxminən 100 dəfə ağırdır. 2015-ci ildə alimlərin qeydə aldığı qravitasiya dalğaları məhz bu cür göy cisimlərinin toqquşması nəticəsində meydana gəlmişdi. İki il sonra bu kəşfin müəllifləri fizika üzrə Nobel mükafatına layiq görülmüşdü. İkincilər – ağırçəkili qara dəliklər Günəşdən milyon, hətta milyardlarla dəfə ağırdır. Məsələn, bizim Süd yolu qalaktikasının mərkəzində yerləşən “Oxatan A*” qara dəliyi Günəşdən 4 milyon dəfə ağırdır.

Son tədqiqatlardan sonra alimlər bildirirlər ki, bu iki tip qara dəliyin arasında nəzəri baxımdan üçüncüsü də olmalıdır. Lakin astronomlar tərəfindən onu aşkar etmək mümkün olmayıb. İlk perspektiv namizədi bu il müəyyən etmək mümkün olub, amma onun statusu hələ təyin edilməyib. Bu yeni kəşf orta kütləli qara dəlikləri “ölümqabağı işartılar”ı izləyərək tapmağa kömək edəcək.

Çarlston Universitetinin astrofiziki Kris Fradcayl deyib: “Həddindən artıq böyük qara dəliklərin mənşəyini öyrənmək üçün ortaçəkili dəlikləri tapmaq lazımdır. Əgər bu obyektləri aşkar edə bilsək, qeyri-adi nailiyyətə imza atmış olacağıq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar