"Ölüm qrupu"ndan məktəbliyə əmr: "Anana hücum et!"

“Ölüm qrupu”ndan məktəbliyə əmr: “Anana hücum et!”
Want create site? Find Free WordPress Themes and plugins.

Moskva polisi “Vkontakte” sosial şəbəkəsində 13 yaşlı məktəbliyə öz anasına hücum etməyi tapşıran “ölüm qrupu”nun administratorları barədə məlumatı yoxlayır.

A24.Az oxu.az-a istinadən bildirir ki, bu barədə martın 20-də “Moskva” şəhər xəbərləri agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, polisə müraciət edən qadın bildirib ki, oğlunun “göy balina” qurupundakı yazışmasını oxuyub. Orada bir neçə tapşırıq sadalanıb ki, onlardan biri də “öz anasını bıçaqlamaq” olub.

“Bundan əlavə cari ilin fevral ayının əvvəlində qadın oğlunun qollarında kəsiklər görüb. Vətəndaş həmçinin qeyd edib ki, mənzilə daima naməlum şəxslər zəng edirlər və susurlar”, – nəşrin sözçüsü deyib.

Agentliyin məlumatına görə, oğlanın anası McDonald’s restoranlar şəbəkəsinin işçisidir və Bolşaya Ordınka küçəsində yaşayır. Qadının oğlu kadet məktəbində yeddinci sinifdə oxuyur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar