Ölüm vaxtını proqnozlaşdıran neyron şəbəkə hazırlandı

Ölüm vaxtını proqnozlaşdıran neyron şəbəkə hazırlandı
Want create site? Find Free WordPress Themes and plugins.

“Google” şirkəti tərəfindən dərin təlim alqoritmləri əsasında hazırlanmış yeni neyron şəbəkəsi pasiyentin tibbi göstəricilərinə əsaslanaraq ölüm vaxtını proqnozlaşdırmaq qabiliyyətinə malikdir. Bu haqda “Bloomberg” nəşri məlumat verib.

A24.Az xəbər verir ki, alqoritm, süd vəzi xərçəngindən əziyyət çəkən qadın daxil olmaqla, bir neçə yüz min xəstə üzərində sınaqdan keçirilib. Kompüterlər rentgenoloji müayinənin məlumatlarını təhlil edərək xəstənin ölüm ehtimalını 9,3% qiymətləndiriblər. Ancaq 175639 parametri təhlil edən neyron şəbəkəsi bu göstəricini 19,9 faizədək yüksəldib. Həmin qadın 10 gün sonra dünyasını dəyişib.

Neyron şəbəkəsi yalnız ölüm vaxtını deyil, həm də xəstəliklərin başqa nəticələrini, həmçinin xəstəxanada qalma müddətini və yenidən xəstəxanaya yerləşdirilmə ehtimalını proqnozlaşdırır. Alqoritm PDF formatlı fayllardakı yazıları və köhnə tibbi kartları oxuya bilir, həmçinin həkimlərə öz vaxtlarına 80%-dək qənaət etməyə imkan verir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar