Ombudsman Elmira Süleymanova vəzifədən gedir

Ombudsman Elmira Süleymanova vəzifədən gedir
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatıb. 2010-cu il martın 5-dən müvəkkil seçilən E.Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

“A24.az” ölkə.az”a istinadla xəbər verir ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanununa əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə – 2002-ci il və 2010-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib.

Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Qeyd edək ki, Milli Məclisin martın 7-də keçirilən plenar iclasında deputatlar ombudsmanın 2016-cı il üzrə illik məruzəsini sərt tənqid ediblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar