OPEK-in sammiti Bakıda keçiriləcək

OPEK-in sammiti Bakıda keçiriləcək
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan hökuməti 2018-ci ilin sonuna kimi Bakıda OPEK+ formatında toplantı keçirməyi planlaşdırır.

A24.Az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov CBC telekanalına verdiyi müsahibədə bildirib.

“OPEK”-in baş katibi Məhəmməd Barkindonun 2018-ci ilin mart ayında Azərbaycana səfəri zamanı biz Bakıda OPEK+ formatında növbəti tədbirin keçirilməsini razılaşdırmışıq. Hazırda bu məsələ ilə bağlı danışıqlar aparırıq, ona görə, dəqiq tarixi deyə bilmərəm. Əsas odur ki, belə bir niyyət var və bu il Bakıda bu toplantını keçirməyi planlaşdırırıq”, -deyə nazir qeyd edib.

P.Şahbazovun sözlərinə görə, Azərbaycan OPEK və bir sıra qeyri-OPEK dövlətlərinin imzaladığı neft hasilatlarının azaldılması haqqında bəyannamə çərçivəsində kartellə uğurlu şəkildə əməkdaşlıq edir.

“Həmin bəyannamə neft bazarının sabitləşdirilməsinə yönəlib, və bu sənəd çərçivəsində biz hamı üçün çox faydalı olan əməkdaşlığı inkişaf etdiririk”, -deyə Azərbaycanın energetika naziri bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar