A24 Xeber

Öpüşün qadağan olunduğu ölkələr – SİYAHI

Öpüşün qadağan olunduğu ölkələr – SİYAHI
570
30 Mart 2017 - 13:46

Dünən və bu gün Azərbaycanda sosial şəbəkələrdə ən çox müzakiə olunan mövzulardan biri metroda öpüşmək istəyən cütlüklərlə bağlıdır. Qeyd edək ki, Azərbaycan qanunlarında ictimai yerlərdə bu tip əməllər qadağan olunmayıb.
 A24.Az  öpüşün qadağan olunduğu 5 ölkəni təqdim edir:

 Birləşmiş Ərəb Əmirlikləri

Öpüşlə bağlı ən sərt qaydalar müsəlman ölkələrində mövcuddur. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə adi öpüşə görə 10 günə qədər həbs cəzası var. Dubayda isə ictimai yerdə öpüşə görə 1000 dollar cərimə təyin olunub.

 İndoneziya

İndoneziya öpüşə münasibətdə ən sərt ölkələrdən sayılır. Burada öpüş qanunvericilikdə pornoqrafiya ilə bərabər tutulur. Məhz bu səbəbdən də, 10 ilə qədər həbs cəzası tətbiq olunur.

 Meksika 

Meksika ən dindar xristian ölkələrindən sayılır. Buna görə də, yerli sakinlər ehtirasla öpüşən cütlükləri narazılıqla qarşılayırlar. Ölkənin Duranqo və Miçoakan ştatlarında isə ictimai yerlərdə öpüşə görə 250 dollar cərimə tətbiq edilir.

 Böyük Britaniya

Məşhur London metrosu bu günə qədər öpüşməyə icazənin verilmədiyi məkanlardan sayılır. Uzun illəridir ki, fəaliyyət göstərən qanun yalnız 1 stansiyada cütlüklərin öpüşməsinə icazə verir.

Fransa

Fransa adətən hüquq və azadlıqların sərhəd tanımadığı liberal ölkələrdən hesab olunsa da, öpüşlərlə bağlı burada da maraqlı qadağa mövcuddur. Belə ki, Parisin dəmir yolu vağzallarında vidalaşarkən öpüşmək olmaz. 1910-cu ildə qəbul olunmuş qanun qatarların hərəkət vaxtının gecikməməsi üçün atılmışdı və bu günə qədər qüvvədən düşməyib.

modern.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00