Oqtay Əsədov Böyük Çin səddində - FOTO

Oqtay Əsədov Böyük Çin səddində – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvəti ilə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyətinin Çin Xalq Respublikasına rəsmi səfəri davam edir.

“A24.az” xəbər verir ki, məclis aparatından verilən məlumata görə, iyunun 21-də nümayəndə heyəti Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrindən hesab olunan Böyük Çin səddini ziyarət edib. Bildirilib ki, insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələrdən olan Çin səddinin inşası e.ə. III əsrdə başlayıb və bir neçə yüz il davam edib. Çinin şərqindən qərbinə doğru uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif ölkələrindən hər il milyonlarla turist gəlir.

UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Böyük Çin səddi ölkənin ən böyük və ən möhtəşəm sənət abidəsi olmaqla yanaşı, Çin xalqının qürur mənbəyi, habelə ölkənin tarixi rəmzi hesab edilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar