Oqtay Şirəliyev nazir kimi sonuncu əmri imzaladı

Oqtay Şirəliyev nazir kimi sonuncu əmri imzaladı
Want create site? Find Free WordPress Themes and plugins.

Səhiyyə naziri səlahiyyətlərini icra edən Oqtay Şirəliyev “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nı təsdiq edib.

O.Şirəliyevin bununla bağlı verdiyi əmrə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların informasiya modulu vasitəsi ilə “ASAN ödəniş” sisteminə daxil edilməsi təmin ediləcək.
Əmrdə qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 210, 225.1, 428.4, 428.4-1 və 452-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Hüquq və daxili nəzarət sektorunun müdiri baxacaq.

Məcəllənin 211, 212.2 (inzibati icraata Səhiyyə Nazirliyi tərəfindən başlandığı halda), 216, 217, 218, 219, 220 və 265-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru, onun müavinləri, yerli bölmələrin direktoru və müavinləri, Məcəllənin 213.0.1 və 2 13.0.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Səhiyyə Nazirliyinin baş məsləhətçi-mətbuat katibi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru, onun müavinləri, yerli bölmələrin direktoru və müavinləri, Məcəllənin 213.0.2, 213.0.3 və 214-cü maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Tibbi yardımın təşkili şöbəsinin müdiri səlahiyyətli şəxslər kimi müəyyənləşdirilib.

Məcəllənin 215-ci maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Tibbi yardımın təşkili şöbəsinin müdiri, Hüquq və daxili nəzarət sektorunun müdiri səlahiyyətli şəxslər kimi müəyyən edilib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar