Ordumuzun genişmiqyaslı təlimlərinin gündüz və gecə döyüş atışlı mərhələsi başladı

Ordumuzun genişmiqyaslı təlimlərinin gündüz və gecə döyüş atışlı mərhələsi başladı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin gündüz və gecə vaxtı döyüş atışlı mərhələsi başlayıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “A24.Az”a verilən məlumata görə, bu mərhələdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı hücum əməliyyatının keçirilməsi tapşırıqlarını icra edir.

Mürəkkəb dağlıq relyef və radioelektron mübarizə, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilir, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilir.

Müxtəlif təlim poliqonlarında yeni silah sistemlərinin də istifadəsilə motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışları, praktiki raket buraxılışları və bombalama icra edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar