A24 Xeber

Orqanizmdə yod çatışmazlığını bildirən 9 əlamət

Orqanizmdə yod çatışmazlığını bildirən 9 əlamət
602
24 Mart 2017 - 1:02

A24.Az immunitet.az-a istinadən bildirir ki, yod insan orqanizminin sağlam yaşaması üçün lazım olan 30 mikroelementdən biridir. Yod orqanizmdə qalxanvari vəzin sintezi nəticəsində əmələ gəlir. Trieoid hormonunun tərkibinin 65%-ni yod təşkil etdiyini nəzərə alsaq o zaman yodun orqanizm üçün nə qədər vacib olduğunu demək çətin deyil. Yodun çatışmazlığı digər hormonların ifrazına mənfi təsir edir,ürək-damar, sümük, həzm sistemi xəstəliklərinə səbəb ola bilir. Yodun orqanizmdə çatışmazlığı piylənməyə də səbəb olan amillərdən biridir. Yod çatışmazlığı orqanizmdə bir çox digər patologiyaların meydana gəlməsinə səbəb olur. Bəs orqanizmdə yodun çatmadığını hansı əlamətlərdən bilmək olar?

Xroniki yorğunluq

Halsızlıq, yuxululuq, gücsüzlük orqanizmdə yod çatışmazlığını bildirən əsas əlamətlərdən biridir. Yodun çatışmazlığı fiziki aktivliyi azaldır, əzələ gücünün azalmasına səbəb olur. Xroniki yorğunluq yod çatışmazlığının əsas əlamətlərindən ən başda gələnidir.

İmmunitetin düşməsi

İmmunitetion aşağı düşməsi parazit xəstəliklərinin, virus xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.Yod çatmaqdıqda bədəndə əmələ gələn yaralar gec sağalır. Bunu aradan qaldırmaq üçün isə yodomarin, kali yodid və s. qəbul etmək lazımdır.

Şişkinlik

Əllərdə və ayaqlarda şişkinliyin əmələ gəlməsinə səbəb olan amillərdən biri də yod çatışmazlığıdır. Su-duz mübadiləsinin pozulmasının səbəblərindən biri də yodun orqanimdə yetərincə olmamasıdır.

Aybaşı pozğunluğu

Aybaşı pozğunluqları orqanizmdə baş verən yod çatışmazlığı səbəbindən baş verə bilir. Yodun defisiti qadın hormonlarına təsir edir və aybaşının gecikməsinə və ya miqdarının azalmasına səbəb olur.

Anemiya

Yodun çatışmazlığı metobolizmin aşağı düşməsinə səbəb olur. Bu zaman isə orqanizmdə dəmir defisit anemiya meydana gəlir və hemoqlobin aşağı düşür.

Artıq çəki

Çkinin artmasına səbəb olan amillərdən biri də orqanizmdə yod çatışmazlığının olmasıdır. Belə ki,maddələr mübadiləsinin, su-duz mübadiləsinin pozulması orqanizmdə artıq mayenin və piy toxumasının yığılmasına səbəb olur.

Təzyiqin aşağı olması – hipotoniya

Yodun çatışmazlığı ürəyin funksiyasına mənfi təsir edir. Bu zaman ürək fəaliyyətini normal yerinə yetirə bilmir və bu fonda hipotoniya inkişaf edir. Bu zaman xəstələrdə baş hərlənməsi, təngnəfəslik, baş ağrıları, tərləmə və yorğunluq müşahidə edilir.

Ağıl zəifliyi

Baş beyinin işinin ləngiməsi, diqqətin azalması, yaddaşsızlıq, intellektin aşağı düşməsi, əqli zəiflik yod çatışmazlığı zamanı beyinə yod defisiti siqnallarının çatması səbəbindən baş verə bilir. Proses dərinləşdikcə əsəb xəstəlikləri və depressiya da inkişaf edə bilir.

Pis əhval ruhiyyə

Yodun çatışmazlığı insanın əhval ruhiyyəsinıə birbaşa təsir edir. Belə ki,uzun müddət yod çatışmazlığından əziyyət çəkən adamlarda kefsizlik, ətrafdakılara qarşı laqeydlik hissi yaranır.
Mütəxəssislr yuxarıda sadalanan əlamətlərin meydana çıxdığı zaman mütləq həkimə müraciət etməyi məsləhət bilir. Sadalanan əlamətlərin sizin ətrafınızdakı adamlarda da olduğu zaman onu mütləq həkimə getməyə məcbur edin.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00