A24 Xeber

Orqanizmi toksinlərdən bu üsullarla təmizləyin – Yaz detoksları

Orqanizmi toksinlərdən bu üsullarla təmizləyin – Yaz detoksları
834
11 Mart 2017 - 18:22

Yaz ayları başlayır. Qışdan çıxan vücudu yaza hazırlamaq lazımdır.

A24.Az xəbər verir ki, orqanizmi zəhərli maddələrdən təmizləmək, şişkinliyi aradan qaldırmaq üçün detoks tətbiq edilir. Orqanizminizin təbii yolla zərərli maddələrdən təmizlənməsini təmin edən detoks üsullarını təklif edirik:

  1. Parabiotik

Картинки по запросу yoğurt roka maydanoz

Parabiotiklər orqanizmin  daha da sağlam olmasını və bağırsaq fəaliyyətini artıraraq həzmə köməkçi olmağı təmin edən faydalı bakteriyalar kimi tanınır. Son zamanlarda ərzaq firmaları da parabiotik tərkibli qida məhsulları satışa çıxarır. İki yemək qaşığı qatıq, yarım dəstə cəfəri və turp yarpağı(roka), bir ədəd mineral su, bir stəkan su və toz parabiotikdən içki hazırlayın. Qatıq, cəfəri və rokanı blenderdən keçirərək üzərinə mineral su, su və parabiotik əlavə edin.

Süfrədə bu içkidən tez-tez istifadə edin.

  1. Şəfalı otlar

Vücudunuzu zorlamayacak 5 öneriyle şimdi detoks mevsimi!

Şəfalı otlar detoksa çox kömək edir. Bu otlar zəhərli maddələri orqanizmdən xaric edir. Şəfalı otlar şiş və şişkinliyi aradan qaldırır və cildə parlaqlıq, saçlara sağlamlıq bəxş edir. Bir az toz sarıkök, yarım çay qaşığı bal və bir neçə damcı limon suyunu ilıq su ilə qarışdırıb için. Bu qarışığı ayda bir dəfə qəbul edə bilərsiz.

  1. Tərəvəzlər

Картинки по запросу sebze detoks

Tərəvəzlər detoksda əhəmiyyətli yer tutur. Antioksidant baxımından zəngin olan tərəvəzlərlə zəhərli maddələri orqanizmdən kənarlaşdırmaq mümkündür. Yerkökü və cəfərini  qaynadıb suyunu içsəniz, qaraciyər zəhərli maddələrdən təmizlənər və bədəndəki infeksiyalarla mübarizə aparar. Cəfəri və yerkökü suyunu həftədə bir dəfə bir stəkan ilə məhdudlaşdırmaq olar.

  1. Çaylar

Картинки по запросу bitki çayları

Çaylar da ecazkar detoks mənbəyidir. Çaylar həm rahat içimi, həm də bədənə şəfa verməsi üçün tez-tez istehlak edilən içkilər arasındadır. Sağlam detoks çayını hazırlamaq üçün 1 yemək qaşığı yaşıl çay, 1 dənə yaşıl alma, çubuq darçın, yarım çay stəkanı limon suyu və 1 ədəd kivini yarım litr isti suda qaynadın. Sonra meyvələri əlavə edin və bir az da qaynadın. Çay, darçın və limon suyu əlavə edib 2 dəqiqə daha qaynadın. Çayınızı soyudaraq dəmləyin və 10 dəqiqə sonra için.

  1. Alkali detoks

Картинки по запросу alkali detoks

Alkali məhsullar orqanizmin ph səviyyəsini müəyyən faizdə saxlayaraq orqanizmin zəhərli maddə istehsal etməsini əngəlləyir. 1 stəkan goji üzümü, yarım banan, 1 stəkan portağal suyu ilə bir az sınmış buzu blender ilə qarışdıraraq ecazkar bir detoks içkisi əldə edə bilərsiniz.

Vüsalə Əlövsətqızı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00