Orqanları satışa çıxarılmışdı: Uşaq komadan ayıldı

Orqanları satışa çıxarılmışdı: Uşaq komadan ayıldı
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-da valideynləri tərəfindən orqanları satışa çıxarılan 13 yaşlı oğlan komadan ayılıb. 

A24.Az xəbər verir ki, bununla bağlı “Fox News” məlumat yayıb.

Alabama ştatından olan Trenton Mak Kinli iki ay əvvəl ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Həkimlər deyib ki, azyaşlı heç vaxt normal olmayacaq.

Onlar bildiriblər ki, əgər o, sağ qalsa, ömürlük nəfəs aparatından asılı olacaq.

Bundan sonra valideynlər uşağın orqanlarının ehtiyacı olanlara satılması ilə bağlı sənəd imzalayıblar.

Ancaq qan dövranını tənzimləyən aparatdan ayrılan Trenton nəfəs almağa başlayıb. Daha sonra o, ayağa qalxıb və hamı ilə danışıb. O, söhbətləri zamanı cənnətə düşdüyünü deyib:

“Mən çəmənlikdə idim və irəli gedirdim. Məni Allah xilas etdi, hətta həkimlər də bunu deyir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar