Orta məktəblərdə dinin tədrisi labüd olacaq – Ekspert

Orta məktəblərdə dinin tədrisi labüd olacaq – Ekspert
Want create site? Find Free WordPress Themes and plugins.

Ölkəmizdə indiyə qədər də dinşünaslıq ixstisası üzrə kadr hazırlığı həyata keçrilirdi.

A24.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Prezident İlham Əliyevin Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncamını şərh edərkən deyib.

Onun sözlərinə görə, Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini hər il xeyli tələbə qurtarır, əmək bazarına daxil olurdu: “Lakin Azərbaycanda insanlar dini bilik, savad almaq üçün kütləvi şəkildə məscidlərə axın etmirlər. Çünki məscidlərdə dini dərs verilmir, insanların dini maariflənməsi üçün kifayət qədər tədris imkanları yoxdur. Məscidlərdə əxlaq, mənəviyyat, vətənə sevgi formalaşdırmaq üçün yalnız cümə xütbələri, moizələr olur”.

Ekspert hesab edir ki, adətən, problemlər gənclərin islam dinini düzgün anlamaması, yalançı təbliğata uyması səbəbindən yaranır:

“Bakı İslam Universiteti və İlahiyyat fakültəsində təhsil ödənişli olduğu üçün burda imkanı aşağı olan tələblərin oxumasında müəyyən sıxıntılar yaranırdı. Yeni yaradılacaq İlahiyyat İnstitunda isə təhsil pulsuz olacaq ki, bu da gənclərin ali dini təhsil alması üçün müsbət addım sayılmalıdır.

Düşünürəm ki, cəmiyyətdə dini maariflənmənin səviyyəsini qaldırmaq üçün bu tipli təhsil müəssisələrinə ehtiyac var.

Doğrudur, hazırda məktəblərdə müxtəlif dərsliklərin içərisində, eləcə də tarix və ədəbiyyat dərsliklərində şagirdlərin dini biliklərinin artırılması üçün materiallar yer alır. Amma bundan sonra ayrıca fənn olaraq dini dərslərin tədrisi labüddür”.

Ekspert bildirib ki, Azərbaycanda əvvəlki illərdən fərqli olaraq, savadlı, müasir ruhlu, çağdaş düşüncəli, eyni zamanda, islamı bir elm kimi dərindən mənimsəyən və bu istiqamətləri təbliğ edən milli kadrları formalaşdırmağın vaxtı gəlib çatıb:

“İlahiyyat İnstitutu fəaliyyətə başladıqdan sonra ümid edirəm ki, Azərbaycandakı orta məktəblərdə dini dərslər tədris oluna bilər. Artıq, əmək bazarının tələblərinə cavab verəcək kadr hazırlığı həyata keçirən ali dini təhsil müəssisəmiz var.

Dünyanın aparıcı ölkələrində dini təhsil verən nüfuzlu universitetlər kifayət qədərdir. Misal üçün, Almaniyada 11 kilsə universiteti fəaliyət göstərir. Amerikada 20 dən çox universitet dini təhsil verir. Bunlardan bəziləri məzhəb fərqi qoymur, bəziləri isə Roma katolikliyi, lüteranlıq və ya mormonizm kimi dinləri öyrədir.

Hətta dünyada ən yaxşı universitetlər sırasında dini universitetlərin də adları var. Belçikanın Löven Katolik Universiteti onlardan biridir. Böyük Britaniyanın “Times Higher Education Supplement – QS World Universities Rankings” jurnalının 2016-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Löven Katolik Universiteti 100 ən yaxşı ali məktəb arasında 65-ci yerdədir.

Başqa bir misal Mozambik Katolik Universitetidir. 5 mindən çox tələbəsi olan bu universitet kifayət qədər nüfuza malikdir.

Bu tip dini universitetlərə misal olaraq Uruqvay Katolik Universiteti, San Marinonun Mursiya Katolik Universiteti, Puerto Riko Papa Katolik Universiteti və başqalarını göstərmək olar. Hətta bu universitetlərin məzunları arasında böyük nüfuza malik siyasi xadimlər, elm adamları və bizesmenlər də var…”

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar