Orta məktəblərdə yeni fənn tədris olunacaq

Orta məktəblərdə yeni fənn tədris olunacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Təhsil Nazirliyi orta məktəblərdə yeni fənnin tədrisinin nəzərdə tutulması ilə bağlı məlumatlara aydınlıq gətirib.

A24.Az Trend-ə istinadən xəbər verir ki,  Beynəlxalq Türk Akademiyası türkdilli ölkələrdən, o cümlədən Azərbaycandan mütəxəssislər cəlb etməklə “Ortaq Türk Tarixi (XV əsrə qədər olan dövr)” adlı vəsait hazırlayıb:

“Həmin vəsaitin türkdilli ölkələrdə tətbiq edilməsi üçün onun məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) tərəfindən təsdiqlənməlidir. Məzmun təsdiq edildiyi təqdirdə vəsaitin ölkəmizin dövlət ümumtəhsil məktəblərində fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər”.

Fənnin 8-ci sinifdə tədris ediləcəyi planlaşdırılır.

Xatırladaq ki, Türkiyənin Milli Təhsil Nazirliyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası gələn ildən orta məktəblərdə könüllülük əsasında ortaq türk tarixinin tədris ediləcəyini bildirib.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar