ORUC tutanlara TÖVSİYYƏ: Bu tərəvəzin nektarı 8 saat toxluq hissi verir

ORUC tutanlara TÖVSİYYƏ: Bu tərəvəzin nektarı 8 saat toxluq hissi verir
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyəli professor Oğuz Özyaral oruc tutan insanların mümkün qədər bədənin su ehtiyacını təmin edəcək yeməklər istehlak edilməsi lazım olduğunu söyləyib.

A24.Az-ın məlumatına görə, pomidorun bir çox faydasının olduğuna işarə edən Dr.Özyaral, “pomidor illərlə dərman kimi də istifadə edilib. Bu gün bu tərəvəzi suplarda, salatlarda, yeməklərdə və meyvə suyu kimi istifadə edirik. Pomidor suyu tərəvəzin ən qidalandırıcı xüsusiyyətidir və sağlamlıq üçün bir çox faydası var. Pomidorda olan likopen güclü antioksidantdır, xərçəng də daxil olmaqla bir sıra xəstəliyin qarşısını alır. Həmçinin 8 saat ərzində toxluq hissi yaradır. Xüsusilə oruc tutan insanlar üçün pomidor suyunun böyük faydası var. Obaşdan pomidor suyu istehlak edilməlidir”, – deyə bildirib.

Pomidorun qabığı soyulmamalıdır

Dr.Özyaral pomidorların istifadəsi ilə biyoyararlanmaların artdığına da işarə edərək, belə davam edib:

“Yəni tomatı, suyu, püresi, soyutması, ya da közlənmiş halı ilə də pomidorun likopen sıxlığı təxminən dörd dəfə arta bilər. Bu da pomidor suyunun təzə pomidorlardan daha yaxşı likopen mənbəyi olduğu mənasına gəlir. Likopen pomidorun qabığında yerləşir. Buna görə də pomidor yeyilərkən qabıqları heç vaxt atılmamalıdır”.

Pomidorun həzm sistemini möhkəmləndirdiyini vurğulayan Dr.Özyaral, “tərkibindəki zəngin lif  öd istehsalını normalaşdıraraq qəbizlik, əzələ ağrısı və hədsiz şişkinlik kimi problemləri aradan qaldırır”, – deyə bildirib.

Pomidor suyu necə hazırlanır?

Pomidor suyunun hazırlanması ilə bağlı məlumat verən Dr.Özyaral belə danışıb:

“6-8 böyük pomidor, 2 kərəviz özəyi, 1 orta böyüklükdə baş soğan, təzə qırmızı soğanı, 6-7 ədəd təzə sarımsaq və ya 4-5 diş sarımsaq, 2 ədəd qırmızı bibər, 1 desert qaşığı acı qırmızı pul bibər, 1 desert qaşığı sumaq, 2 yemək qaşığı şəkər tozu, 1 çay qaşığı duz, 1 çay qaşığı təzə çəkilmiş istiot. Əvvəl bütün məhsullar kiçik parçalar halında doğranır və blenderlə yaxşıca qarışdırılır. Bu qarışıq qazana tökülərək içərisinə ədviyyat əlavə olunur. Daha sonra asta-asta qarışdırılaraq orta odda 20 dəqiqə bişirilir. Qarışıq şorba konsistensiya gələndə ocaqdan endirilir. Soyuduqdan sonra mikserlə yaxşıca püre halına gələnə qədər qarışdırılır”./Faktxəbər

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar