Oruc tutanların NƏZƏRİNƏ: Türkiyəli professor Canan Karatayın tövsiyyələrini MÜTLƏQ oxuyun

Oruc tutanların NƏZƏRİNƏ: Türkiyəli professor Canan Karatayın tövsiyyələrini MÜTLƏQ oxuyun
Want create site? Find Free WordPress Themes and plugins.

Daxili xətsəliklər və kardiologiya üzrə mütəxəssis olan Professor Canan Karatay sağlam və gümrah yaşlanmağın sirlərindən danışıb.
A24.Az xəbər verir ki, professor bunun təbii, saf və geni dəyişdirilməmiş qidalarla əlaqəli olduğunu bildirib.

Karatay süfrədə duzdan istifadə ilə bağlı bir sıra məqamlara toxunub. O, “kristal qaya duzunu istifadə etmək olar, zərərli deyil. Tam əksinə faydalıdır. Bədənimizin də, hüceyrlərəimizin də 60%-i sudan ibarətdir. Bu su isə həqiqi və minerallarla zəngin olan duzlu sudur. Qaya duzunun 30%-i natrium maddəsindən ibarətdir. Bu da onu daha faydalı edir. Bu duzların üzərində heç bir dəyişiklik edilmədiyi üçün saf halı insan üçün zəruridir. Adından da göründüyü kimi mağara qayalarından əldə edildiyi üçün 2-7 min illik tarixi var və bu o deməkdir ki, oranın ətrafı, havası çirklənməyə məruz qalmayıb. Təbii olduğuna görə də faydalı elementləri məhv olmayıb.

Süfrədə istifadə edilən duzlar isə kimyəvi məhsul kimi hazırlanıb. Fabriklərdə bütün növ istehsalatda istifadə edilir. Fabrik istehsalatı üçün istifadə edilən duzu bədənimiz qəbul etmir, ona görə də xəstəliklərə tutuluruq. Bu duzun qaya duzu ilə heç bir oxşarlığı yoxdur. Ona görə də istehsalat duzlarını istifadə etməməliyik. Çünki bizim üçün çox zərərlidir”- deyə Qaratay incəlikləri ilə izahlarını verib.

Canan Karatay Ramazanla bağlı da insanları məlumatlandırıb. Onun sözlərinə görə bu il Ramazan uzun saatlar boyu tutulur: “Ona görə də iftarda bol-bol su için. Orqanizmimiz gündə iki dəfə yemək yeməyə sistemləşib. İmsakda 2-3 ədəd yumurta, pendir, soyuq halda kotlet və küftələr yeyilə bilər.  Ramazan ayı üçün hazırlanan yapmalar (pide) kənd kərəyağı və ya zeytunyağı ilə birlikdə istifadə edilə bilər. Qəndsiz çay, süd, ayran kimi maye məhsulları da bol-bol istifadə etməlisiniz. Bədənin susuz qalması insanda baş ağrısı və halsızlıq yaradır. İmsak və iftarda heyvan sümüklərindən hazırlanmış (xaş) və ya tarhana şorbası ( türklərin qışdan qurudub hazır saxladıqları sulu yemək növü)  içə bilərsiniz. Orucluq boyunca şirin qidalar, qazlı və rəngli içkilərdən istifadə etməyin. Çünki bu cüzi qidalar daha çox su tələb etdiyi üçün, tez-tez susadır. Bu da başağrısı yaradır”, – deyə Karatay faydalı məsləhətlər verib.

Tarhana şorbası

Qurudulmuş tarhana (un, duz, qırmızı bibar, yağ, bəzi bölgələrdə qatıq və əzilmiş sarımsaqdan ibarət şorba)

Hər birinizə sağlam və bərəkət dolu Ramazan keçirməyinizi arzu edirik.

X.V, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar