ORUC tutarkən orqanizmdə nələr baş verir? - ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ - TİBBİ FAKTLAR

ORUC tutarkən orqanizmdə nələr baş verir? – ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ – TİBBİ FAKTLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Oruc tutmağın faydalarını artıq yapon alimləri də qəbul edir.

A24.Az xəbər verir ki, 2016-cı ilin Nobel mükafatçısı yaponiyalı alim Yoşinori Ohsumi orucun insan orqanizminə faydasını elmi olaraq isbat edib. Elə onun aldığı Tibbi Nobel mükafatı da ac qalmağın faydaları ilə bağlı olub. Belə ki, o, aclığın təsiri ilə hüceyrələrin özlərini yenilədiyini isbat edib. “Autophagy” adlanan bu prosesin hərfi mənası da eynidir. Yunan dilindən tərcümədə “auto” (öz-özünə) və “phagein” (yemək) mənasını ifadə edir.

Hüceyrələrin özlərini “yeməsi” nə deməkdir? Orqanizmdəki hüceyrelərin köhnəlmiş mexanizmləri (proteinlər, hüceyrə divarları və s kimi) kifayət qədər canlılığını qoruyub saxlaya bilmədikdə, bədənin bu hüceyrələri yenilənməsi prosesidir. Bu hal isə hüceyrələrin planlaşdırılmış şəkildə məhv olması deməkdir. Bölünən hüceyrələr bir müddətdən sonra özləri-özlərinin məhvini “planlayır”lar. Bu hal qorxuducu görünsə də, sağlamlıq üçün faydalıdır. Köhnəlmiş – passiv hüceyrələrə proteinləri bölmək üçün xüsusi maddə göndərilir, həmin hüceyrə divarları və daxili hissələr də bu vasitə ilə proteinlərə çevrilir.

“Autophagy” yəni, hüceyrənin özü-özünü yeməsi ilk dəfə 1962-ci ildə siçanlar üzərində sınaqdan keçirilib. Sözü istifadə edən də Nobel mükafatçısı Kristiyan de Dyuve olub.

Hüceyrələrin yenilənməsində Orucun faydaları nələrdir?

Maraqlısı bundadır ki, hüceyrələr ac qaldıqları zaman “autophagy”ni qıcıqlanıdırır. Yemək yediyimiz zaman qanda şəkərin miqdarı artır və enerji hüceyrələrimizdə depolanır. Ac qaldığımız zaman isə yaşlı hüceyrələrdəki enerjinin çıxmasına təhrik artır. Bu zaman yaşlı hüceyrələrdəki “qlukaqon” maddəsi artır və hüceyrənin daxili maddələri həll olaraq enerjiyə çevrilirlər. Bunu da uzun bir müddət ac qalmaq, yəni Oruc tutmaq sürətləndirir. Məsələ bununla da bitmir. Yaşlı hüceyrələr enerjiyə çevrilməsi ilə eyni anda böyümə hormonu da ifraz olunur ki, bu da yeni hüceyrələrin formalaşmasına səbəb olur.

Yoşinori Ohsumi, hüceyrələrin yenilənməsi üçün yaşlı olanlarının hissəciklərinin öz-özünü “yeməsi”nin vacib olduğunu, bu prosesin də uzun müddət ac qalmaqla mümkün olduğunu bildirərək Nobel Tibb mükafatını 2 il əvvəl qazandı.

Xəyalə Vaqif, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Sağlamlıq, Araşdırma, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar