“Oscar” mərasimindən qalan yeməklərlə 1500 nəfəri doyurdular FOTOLAR

“Oscar” mərasimindən qalan yeməklərlə 1500 nəfəri doyurdular – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-da keçirilən “Oscar” mərasimindən sonra qonaqlar üçün hazırlanan yeməklərin artığı qablaşdırılaraq ehtiyacı olan 1500 insana paylanıb.

“A24.az” xəbər verir ki, fevralın 26-da Los-Anceles şəhərində keçirilən “Oscar” mərasimindən sonra təşkil olunan şənlikdə məşhur şef Volfqanq Pakın hazırladığı yeməklər servis edilib.

Lakin hazırlanan yeməklərin artıq qaldığını görən təşkilat rəhbərliyi və Pak yeməkləri ehtiyacı olan insanlara paylayıb. Belə ki, Pak və işçi heyəti hazırladığı yeməkləri qablaşdıraraq Kaliforniya, Nevada və Arizonada yerləşən sığınacaqlara və bəzi köməyə ehtiyacı olan təşkilatara göndərib. Beləcə, kimsəsiz qadınlar, uşaqlar, miqrantlar və əlillərdən ibarət bir çox köməyə ehtiyacı olan insanlar bəlkə də indiyə qədər heç vaxt dadmadıqları yeməkləri yeyiblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Maraqlı, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar