A24 Xeber

Oturaq iş rejimi keçirənlər, SAĞLAM qalmaq üçün bu TÖVSİYYƏLƏRİ mütləq oxuyun- ARAŞDIRMA

Oturaq iş rejimi keçirənlər, SAĞLAM qalmaq üçün bu TÖVSİYYƏLƏRİ mütləq oxuyun- ARAŞDIRMA
71
07 İyun 2018 - 16:17

Günümüzdə texnologiya daha rahat bir həyat yaratdığı kimi, özü ilə oturaq və durğun iş rejimi  də gətirib.
A24.Az xəbər verir ki, bu cür iş şəraitində çalışanların ortaq xəstəlikləri, ağrıları- fizioloji problemləri olur.
Yəqin ki, ofis rejimində işləyib bel və boyun ağrısı çəkməyən çox az insan tapılar. Bunun əsas səbəbi günün 9-10 saatının stabil, hərəkətsiz keçirilməsi, düzgün qaydada oturmama kimi nüanslardır.
Əslində bu cür ağrıların 1 həftədən artıq davam etməsi xroniki-daimi olması qalıcı fəsadlara səbəb ola bilir. 
Bəs bunun qarşısını necə ala bilərik?  İlk olaraq 1 saatdan daha uzun müddət eyni yerdə oturmamaq məsləhətlidir. Tez-tez və qısa aralıqlarla hərəkət etmək, dik və düzgün oturmaq, ayaqların 90 dərəcəlik bucaq altında yerə qoyulması düzgün oturuşun və bu xroniki ağrıların azalması deməkdir. 

Masa arxasında daha uzun müddət əyləşən insanlarda dayaq sistemlərində əsasən problem yaranır. Məhz məsləhət görülən şəkildə oturulması adıçəkilən fəsadı minimuma endirir.

Təəssüf olsun ki, sadəcə onurğa dayaq sistemi və əzələlərdə deyil, boyunda da bu cür iş rejimi problem yarada bilir. Boyun ağrıları, əzələ dartılması ( xalq arasında sərpə kimi tanınan gərilmələr) də oturaq iş rejiminin fəsadlarındandır. Bu fəsadı minimuma endirmək üçün isə bilgisayarla çalışan insanlar ekranı- manitoru gözün düz baxma bucağı ilə paralel səviyyəyə gətirməlidilər.

Ən böyük fəsadı isə görmədə hiss edilir. Belə ki, kompyuterlə 8-10 saat məşğul olan şəxslərdə gözlərdə qurumalar da müşahidə olunur. Gözdəki yanma, quruluq, qaşınmalar, küləkli havada gözdəki narahatlıq hissləri göz quruluğunun əsas göstəricilərindəndir. Bunun qarşısını ala bilmək üçün ekranın parlaqlığını azaltmaq, mümkün qədər ekrana fasilələrlə baxmaq, həkim nəzarətində daimi göz sularından istifadə bu xəstəlikdən qaça bilməyin ən rahat yoludur. 

Oturaq həyat tərzinin fəsadları bununla da bitmir. Belə ki, həzm sistemində də çətinlikləri özü ilə bərabər gətirir. xüsusi ilə də masa arxasından qalxıb yemək yeyib, yenidən hərəkətsiz iş rejiminə davam etmək, nahar fasiləsindən sonra heç bir qısa yürüyüşlər edilməməsi həzm sisteminə mənfi təsirini göstərir. Bunun qarşısını ala bilmək üçün isə heç olmasa bir çenə dəqiqə ağır hərəkətlər olmadan yeriyin və bitki çayları için. Xüsusi ilə də yaşıl çay həzmə kömək edir. Bir digər tərəfdən lifli və yüngül qidalara üstünlük verilməsi daha rahat gün keçirməyinizə kömək edəcəkdir.
X.V, A24.Az

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00