A24 Xeber

Ov etməyə gedən gəncin meyiti tapıldı – ŞƏKİDƏ

Ov etməyə gedən gəncin meyiti tapıldı – ŞƏKİDƏ
568
03 Mart 2017 - 9:16

Martın 2-də axşam saatlarında Şəkidə dağlıq ərazidən meyit tapılıb.

“A24.az” bildirir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, meyiti tapılan şəxs rayonun Şin kənd sakini, 1991-ci il təvəllüdlü Mehman Fərhad oğlu Cəmilovdur. Meyit Şin kənd inzibati ərazisinin yaxınlığındakı yüksək dağlıq ərazidən tapılıb.

İlkin araşdırma zamanı məlum olub ki, dağlıq əraziyə ov etmək üçün gedən Fərhad Cəmilov qayadan yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00