A24 Xeber

“OVERTON  PƏNCƏRƏSİ”  nədir?- Bilinməyən FAKTLAR

“OVERTON  PƏNCƏRƏSİ”  nədir?- Bilinməyən FAKTLAR
130
26 May 2018 - 11:29

Bu məqalədə texnoloji proseslərin bəşəriyyətin mahiyyətinə çevrildiyi və əbədi dəyərlərin unudulmağa məhkum edildiyi müasir dünyamızda Overton Pəncərəsinin fəaliyyətindən danışılır.

Overton Pəncərəsi – cəmiyyətin şüuraltına istənilən ideyanın asanlıqla yerləşdirməsinə imkan yaradan xüsusi nəzəriyyədir. Bu ideyaların qəbul olunduğu sərhədlər Cozef Overtonun nəzəriyyəsində təsvir edilmişdir. Bəlli addımlardan ibarət ardıcıl əməlləri yerinə yetirməklə bunlara nail olmaq olar.

Bu anlayış sosioloq Cozef Overtonun adı ilə bağlıdır. Məhz o 1990-cı illərdə bu nəzəriyyəni təqdim etmişdir. Həmin ideya sayəsində C.Overton cəmiyyətin düşüncələrini və onların nə dərəcədə məqbul olduğunu qiymətləndirməyi təklif edirdi.

Bu anlayış sosioloq Cozef Overtonun adı ilə bağlıdır. Məhz o 1990-cı illərdə bu nəzəriyyəni təqdim etmişdir. Həmin ideya sayəsində C.Overton cəmiyyətin düşüncələrini və onların nə dərəcədə məqbul olduğunu qiymətləndirməyi təklif edirdi.

Mahiyyət etibarı ilə, C.Overton insanın mövcud olduğu müddət boyu işləyə bilən texnologiyanı təcvir etməyi bacarmışdı. Sadəcə, qədim insanlar bu texnologiyanı intuitiv olaraq, yəni şüuraltı səviyyədə başa düşürdülər. Müasir dünyamızda isə bu müəyyən formalar alan və riyazi dəqiqliyi olan texnologiyaya çevrilmişdir.

Overton Pəncərəsi – cəmiyyətin proqramlaşdırılması, hər şeyin leqallaşdırılması  texnologiyasıdır.

Hannibalizm misalında bu texnologiyanın fəaliyyətinin mərhələlərinə nəzər salaq:

Təsəvvür edin ki, televizorda aparıcı gözlənilmədən hannibalizmdən danışmağa başlayır. Cəmiyyət buna qarşı elə kəskin münasibət göstərir ki, aparıcını işdən çıxarırlar. Lakin Overton Pəncərəsini işə salsalar, hannibalizmin leqallaşdırılması insanlara adi bir vəzifə kimi görünəcək.

Birinci pillə – ağlasığmaz.

Hannibalizm mövzusu ikrahedicidir, insanlar tərəfindən qəbul olunmur. Bu mövzunu heç bir yerdə müzakirə etmək olmaz, çünki anlayışın özü qadağan olunmuş heab olunur.

Lakin mütəmadi olaraq televiziya və ya radio vasitəsilə hannibalizm mövzusuna toxunularsa, insanlar buna alışacaqlar. Bu, əlbəttə ki, ağlasığan bir şey deyl. Amma zaman keçdikcə bu ideyaya olan qadağan aradan qalxacaq və hannibalizm ideyası qədim dünya ilə assosiasiya yaradaraq insalar arasında geniş yayılacaq.

İkinci pillə – radikal.

Bu mərhələdə hannibalizm mövzusunu müzakirə etmək qadağan olunmur və vaxtaşırı televiziya verilişlərində aparıcıların hannibalizmi necə təsvir etdiklərini görmək olar. Lakin insanlar bunu psixi xəstələrin sayıqlaması kimi qəbul edirlər.

Bir qədər zaman keçdikdən sonra bu insanlar qruplar halında televiziyalarda görünməyə başlayırlar. Onlar hannibalizmin müzakirəsinə həsr olunan simpoziumlar təşkil edir və burada hannibalizmi təbii bir şey kimi qələmə verməyə çalışırlar. Məhz bu mərhələdə Overton Pəncərəsi ən ciddi və həlledici vəziyyət alır.

Üçüncü pillə – qəbuledilən.

Bu pillə nəzəriyyəni əlçatan vəziyyətə gətirir. İdeya artıq buna alışmış və mövzudan qorxmayan insanlar tərəfindən müzakirə olunur. Tez-tez reportajlarda “mülayim” hannibalizmi dəstəkləyən insanların mitinqi işıqlandırılır. Alimlər yenə əvvəlki kimi insanın öz cinsindən olan insanı yeməsini ona təbiət tərəfindən verilmiş bir azğınlıq olduğunu iddia edirlər.

Leqallaşdırma texnologiyası 

Dördüncü pillə – ağıllı.

Əhali ideyanı normal, ağıllı ideya kimi qəbul etməyə başlayır. Əgər həddini aşmasalar, bu ideyanın təzahürlərini həyatımızda qəbuledilən bir şey kimi görmək mümkün olacaq. Televizorda bilavasitə hannibalizmə həsr edilmiş bir sıra əyləncəli proqram göstərilir. İnsanlar ideyanı məsxərəyə qoyur, onu bəsit və eyni zamanda qəribə hesab edirlər. İdeya çoxlu sayda istiqamətlər və növlər əldə edir.

Beşinci pillə – satandart. 

Pəncərə, demək olar, əsas səviyyəyə qədər irəliləyə bilib. Adamyeyənlikdən standarta keçiddə insanlar belə düşünməyə başlayırlar ki, bu problem cəmiyyətdə olduqca geniş yayılmışdır. Hannibalizmi “mədəniləşdirməyə” çalışan bir çox teleproqramlar

nümayiş etdirilir. Adamyeyənliyin əsas mövzu olduğu müxtəlif kinofilmlər ekranlara buraxılır.

Altıncı pillə – fəaliyyətdə olan norma.

Bu, hannibalizmin yekun mərhələsidir. Burada insanlar hannibalizmdən olduqca sərbəst istifadə edirlər. Adamyeyənliyə qarşı çıxanlar cəzalandırılır. Hannibalizm ideyası insanlar arasında kütləvi şəkildə yayılmışdır. Bu – sondur. Məhz bu pillədə cəmiyyət qansızlaşdırılır və əzilir.

Overton Pəncərəsi: Homoseksualizmin izahı.

Homoseksualizmdə də hannibalizmdə olan fazalar vardır.

Birinci pillə – radikal.

Eyni cinsdən olan insanlar arasındakı seksual münasibətlər eyib kimi qəbul olunur, lakin bunun üstünü ciddi-cəhdlə örtməyə çalışmırlar. Bu barədə açıq danışmaq olmaz. İncildə də günahın mahiyyəti aydın şəkildə təsvir edilir. Günümüzdə bir çox qadağan olunan mövzu insanlarda daha çox maraq doğurur. Ən çox maraq göstərənlər isə alimlər hesab olunur. Sadəcə, onlar hər şey barədə danışmaq, müxtəlif prosesləri öyrənmək məcburiyyətindədirlər. Eynicinslik alimlərin araşdırdıqları digər

mövzulardan fərqlənmir. Deməli, onlar homoseksualizmi də diqqətlə araşdırır, hər xırda nüansı öyrənirlər. Birinci pillənin nəticəsi: mövzu dövriyyəyə daxil oldu, ona birtərəfli münasibət aradan qaldırıldı, homoseksualizm sürətlə inkişaf edir.

İkinci pillə – mümkün olan.

Bu mərhələ zamanı eynicins münasibətlərin radikal səviyyədən mümkün səviyyəyə keçməsi baş verir. Alimlər müxtəlif adda mühüm elmi işləri ilə bu keçidə kömək edirlər. Axı heç kim elmdən üz döndərmək istəmir! Homoseksualizm mövzusu fəal şəkildə müzakirə olunur və gözəl səslənən bir adı qazanmış olur: indi kişiləri “gey”, qadınları “lesbiyan” adlandırırlar. Nəticə olaraq, homoseksualizm qismən bəraət qazanır.

Üçüncü pillə – rasional.

Alimlər sübut edirlər ki, homoseksualizm bəşəriyyətin mövcud olduğu bütün dövrlərdə olmuşdur.  Bu pillənin nəticəsi: homoseksualizm üçün nəzərdə tutulan rasional bazalar yaradılır.

Dördüncü pillə – populyarlaşdırma.

Baş qəhrəmanların geylər və lesbiyanlar olduğu kinofilmlər çəkməyə başlayırlar. Maraqlıdır ki, filmlərdəki digər qəhrəmanlar bu fakta loyal münasibət göstərir, belə davranışa normal yanaşırlar. Nəticə: homoseksualizm populyarlaşma mərhələsini keçir.

Beşinci pillə – aktual.

Mövzu aktuallıq mərhələsinə qalxır. Homoseksualizmin qanunvericilik bazası hazırlanır. Sosioloqların apardığı sorğular homoseksualizmi dəstəkləyən insanların faiz göstrəcisinin qalxdığını sübut edir. Siaysətçilər kütlə qarşısında geyləri tanıdıqlarını etiraf edir, bilavasitə homoseksualizmə dair qanunların qəbul olunmasına cəhd göstərirlər.

Bəşəriyyətin məhvedilmə texnologiyası

Overton Pəncərəsi: həyatda tətbiqinə dair misallar.

  • Ən başlanğıc mərhələdə Overton Pəncərəsi qeyri-mümkün olan hər şey üçün açıqdır. İnsanlar ideyanı heç mühakimə də etmirlər. Sonra insanlara belə düşüncə təlqin edilir ki, əgər hər hansı bir şeyin dəyişdirilməsi haqqında fikir varsa, deməli o şeyin dəyişdirilməsi mümkündür. İlk başda dialoq sərt tonlarda gedir, daha sonra mülayimləşir.
  • Yenə Pəncərə bir az açılır. İnsanlar hələ ideyanı qəbul etməyiblər, amma ideya artıq leqaldır, yəni sakitcə mövcudluğunu sürdürür, onun tərəfdarları və əleyhdarları vardır.
  • Pəncərə dir az da açılır. İctimaiyyətin apardığı çoxlu müzakirə və diskussiyalar sayəsində ideya “ağıllı ideya” kimi qəbul olunur.
  • Pəncərənin növbəti pilləsində ideya “populyar” statusunu qazanır. Əvvəldən ideyanı özü üçün sərfəli hesab edənlər onu təcrübətə tətbiq etməklə həyata keçirməyə başlayırlar.

 

Cəmiyyətin məhv edilməsi

Heyif  ki, bu ideyanın əsasını qoyan şəxs artıq ölmüşdür. O, cəmiyyəti manipulyasiya etməyə cəhd göstərən “ağıllı” insanları müəyyən edə bilmədi. Vaşinqtonda yerləşən Dünya Hökuməti xeyirxah, sadəlövh insanlara yanlış dəyərlər təlqin etməyə çalışır, bütün Yer üzünün Sadoma və Qomoraya, insanların isə qullara çevrilməsini istəyir. Overton Pəncərəsi sayəsində qlobalistlərin və imperialistlərin dünya əhalisinə məhz necə təsir göstərdiklərinin sirri açılmışdır.

Overton Pəncərəsinin müasir dünyamızda siyasətdə tətbiqi.

Bu Pəncərənin əhatəsindən kənarda olan fəaliyyətlər istər nəzəri, istərsə də təcrübi cəhətdən uğursuz hesab edilir. Əgər qanunvericilər öz seçicilərinin, xalqlarının və ölkələrinin rifahı üçün uğur qazanmaq cəhdilə bu çərçivədən kənara çıxmaq istəsələr, bunu çəkinmədən siyasətin imkanlarının sərhəddi adlandırmaq olar. Məhz bu, Overton Pəncərəsinin əsas məqsədi və özəyidir.

Belə nəticə çıxarmaq olar: İmkanlar çərçivəsi xaricində bir ideya mövcuddur, bunun qəbuledilən olması üçün Overton Pəncərəsinin hədlərini genişləndirən müəyyən addımlar atmaq lazımdır.

Cəmiyyətin düşüncəsinə təsir edən müxtəlif institutlar Pəncərə daxilində olan ideyaları onun xaricinə çıxarmağa, Pəncərə çərçivəsinə girməyən ideyaları isə ora yerləşdirməyə çalışırlar.

Başqa sözlə, onların əsas məqsədi – siyasi cəhətdən mümkün olmayan bir şeyi zəruru şey halına gətirməkdir. 

Bu zaman imkanlar Pəncərəsi siyasi şkala üzrə aşağıdakı kimi hərəkət edir:

  • Mümkün olmayandan arzu olunana doğru hərəkət
  • Arzu olunandan zəruri olana doğru hərəkət

C.Overton siyasi məsələlərdə də insanların fikrinə asanlıqla təsir etməyin mümkün olduğunu isbatlayan texnologiya işləyib hazırlamağa nail ola bilmişdi.

Overton Pəncərəsi: “Platon” sisteminə əsasən izahı 

Artıq bir-neçə ildir ki “Platon” sistemi ətrafındakı səs-küy səngimək bilmir. Vergi yığımlarının və uzun məsafəyə yük daşıyanların ətrafında mübahisə və iclaslar keçirilir. Bəli, bu gün uzaq məsafəyə yük daşıyanlar olduqca böyük vergilər ödəməli olurlar. Overton Pəncərəsi üzrə bu  sistem nəyə gətirib çıxardı?

  • Dağılmış yollara görə bilavasitə bu yollardan istifadə edən iri yük maşınlarının sürücüləri pul ödəməlidirlər.
  • İri yük maşını sahibi olan şəxslər və nəqliyyat şirkətləri mütləq ölkənin xeyrinə vergi ödəməlidirlər.
  • Ölkənin bütün yollarını qaydasında saxlamaq üçün gözəl üsul ortaya çıxır: büdcədən pul götürülmür və əhali yol vergisi ödəmir.

Overton Pəncərəsi: tətbiqin nəticələri.

Qorxulusu odur ki, bu texnologiyanın nəticələri insanlara olduqca mənfi təsir göstərir. İnsanlar hüzurlarını itirir, onları bundan sonra heç zaman tərk etməyəcək daxili narahatlığa məruz qalırlar. Çünki cəmiyyətə bu texnologiyanı yeridərkən insanların bunun sayəsində xoşbəxt olmaları barədə heç düşünmürdülər. İstiqamətin əsas məqsədi – yeni və zəruri inkişaf vektorunu əldə etməkdir.

Lazımi nəticəyə nail olduqdan sonra insanlar onlar üçün yad olan dəyərləri dəstəkləyir və qəbul edirlər. Onlar “insan” olmaqdan çıxır, öz kökləri, ənənələri və mədəniyyətləri ilə əlaqəni itirirlər. Başqa sözlə, əvvəl möhkəm olan insan zəif, “quru” olur və bu səbəbdən ona təsir göstərmək asanlaşır.

Məsələn, intiharların həddən artıq çox olduğu inkişaf etmiş ölkələri götürək. İnsanlığını satmaq müqabilində yüksək komfort həyata sahib olan insanlar xoşbəxtlik hissini itirir, özlərini artıq xoşbəxt hiss edə bilmirlər.

Nəticələr

  • “Overton Pəncərəsi” adlı nəzəriyyənin bütün 6 mərhələsini keçdikdə bəşəriyyət öz daxili harmoniyasını itirir.
  • Bu texnologiyanı yeridənlər qarşılarına insanların hər birini xoşbəxt etmək kimi bir məqsəd qoymurlar.
  • Pəncərənin hərəkəti cəmiyyətin inkişafında lazımi vektoru əldə etməyə yönəldilir.

Bu zaman insanlar öz mədəniyyəti və kökləri ilə əlaqəni itirirlər.

Daha bir misala baxaq. Amerika filmlərini və əlvan jurnalları seyr edərək böyüyən bir kişi böyük ev, maşın almağı arzu edirdi. Buna nail olmaq üçün o güclü rejimlə işləməli olur, müxtəlif xəstəliklər qazanır, hətta xərçəngə tutulur. Eləcə də, işinin həmişə çox olması səbəbilə ailəsi ilə yetərincə vaxt keçirə bilmir. Ananın hakimiyyəti altında böyüyən uşaqlar isə hər şeyə rişxənd edən, eqoist xarakterdə fərdlər kimi yetişirər.

Bu kişi böyük evə və maşına sahib oldu, lakin ailəsi ilə əvvəlki illərdə olduğu kimi xoşbəxt anlar yaşamaq üçün hər şeyi geri verməyə hazır idi. Bu misalda yüksək komfort həyat və cəmiyyətdəki status üçün ödənilmiş qiymət ailə xoşbəxrliyidir.

Nəticə olaraq: Maddi rifah, komfort həyat və cəmiyyətdəki status əsla məqsəd deyil, vasitə olmalıdır. Çünki insanı xoşbəxt edən, əslində, tamam başqa dəyərlərdir.

Rus dilindən tərcümə etdi: Zülfiyyə Əmrahlı

A24.Az

 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00