Övladına aliment vermək istəməyənlərin işi daha da çətinləşir

Övladına aliment vermək istəməyənlərin işi daha da çətinləşir
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda alimentlə bağlı məhkəmə qərarlarının dərhal icra olunması ilə bağlı daha bir dəyişiklik edilir.

“A24.az”ın məlumatına görə, bununla bağlı “İcra haqqında” qanuna əlavə təklif edilir. Qanunun 13-cü maddəsinə (İcra sənədlərinin icraya yönəldilməsi müddətləri) təklif edilən yeni bəndə əsasən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəldilir.

Həmin maddəyə təklif edilən digər bəndə əsasən isə, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəldilməlidir.

Qeyd edək ki, bir müddət öncə alimentlərin alınması haqqında qərarların dərhal icraya yönəldilməsi ilə bağlı Mülki Prosessual Məcəlləyə də dəyişkilk edilmişdi.

Təklif edilən dəyişiklik Milli Məclisin iyunun 30-a təyin edilmiş növbədənkənar plenar iclasının gündəliyinə daxil edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar