A24 Xeber

Övladınız olandan sonra həyatınızı dəyişəcək 17 MƏQAM

Övladınız olandan sonra həyatınızı dəyişəcək 17 MƏQAM
586
15 Mart 2017 - 19:32

Övlad sahibi olmazdan əvvəl yaxşı fikirləşməkdə fayda var. Çünki onu necə və hansı şərtlər daxilində böyüdəcəyiniz çox vacibdir. Bu yolda fədakarlıq ən başlıca meyardır. Hətta həyatınızda dəyişəcək məqamlar da olacaq.

“A24.Az” həmin məqamları sizə sadalayır:

1 – Artıq sosial həyatınız kasad olacaq, istədiyiniz zaman, istədiyiniz şəxslə görüşə bilməyəcəksiniz. Amma sizin bir övladınız var, bu xoşbəxtlikdir.

2 – Övladınız olandan sonra istər-istəməz artıq uşaq kitabları oxumağa başlayacaqsınız. Əmin olun, dünya belə daha gözəl olacaq.

3 – Səbriniz daha da artacaq. Əgər əvvəllər bəzi məsələlərdə səbirsizlik edirdinizsə, indi belə olamayacaq.

4 – İstirahət günlərinizi övladınıza uyğun zamanda quracaqsınız. Hətta lazım gəlsə tətil etməyəcəksiniz.

5 – Yediyiniz qidalar və yeməklər bundan sonra daha sağlam və faydalı olacaq. Çünki övladınızı sağlam böyütmək məcburiyyətindəsiniz.

6 – İş həyatı ilə şəxsi həyatı bir arada tuta bilmək üçün ən gözəl sınaqdır. Səbr tələb edir.

7 – Evdə səliqə-səhman? Məncə, artıq bu keçmişdə qaldı…

8 – Övladınız dünyaya gələndən sonra gələcəyə ümidiniz daha da artacaq.

9 – Ana və ata olandan sonra statusunuz daha da artacaq. Valideynlik mərtəbəsinə yüksələcəksiniz.

10 – Baş ağrılarınız bir qədər artacaq.

11 – Bundan sonra daha da sağlam olmağınız lazımdır. Niyə deməyin, çünki sizə ehtiyacı olan övladınız var.

12 – Artıq ürəyiniz istəyən geyimi və ya ayaqqabını gördüyünüz kimi ala bilməyəcəksiniz. “Qalsın başqa vaxta…” deyəcəksiniz.

13 – Yaxınlarınızla söhbət edərkən danışdığınız mövzular belə dəyişəcək: uşağın qazı, kakası, yuxusu, yeməyi və sair.

14 – Köhnə yoldaşlarınızla görüşməyə imkanınız olmasa belə, yenilərini tapmaq bundan sonra asanlaşacaq.

15 – Övladlarınız şəkillərini sosial şəbəkədə paylaşdığınız zaman diqqətli olun. Övladınıza nəzər dəyə bilər.

16 – Ana olduqdan sonra qadınların daha yumşaq qəlbli olduğu deyilir.

17 – Sinirləriniz bir az gəriləcək, amma səbrli olun, buna dəyər…

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00