A24 Xeber

Övladlarımızı düzgün qidalandırmayanda nələr olur?

Övladlarımızı düzgün qidalandırmayanda nələr olur?
638
02 Mart 2017 - 20:00

Mütəxəssislər uşaqların sağlam böyümələri və məktəbdə uğurlu olmaları üçün bəzi məqamları açıqlayıb.

“A24.az”ın məlumatına görə, tənəffüs yolu xəsətlikləri, sətəlcəm, qulaq iltihabı kimi tez-tez rast gəlinən uşaq xəstəlikləri bütün anaların ən qorxulu röyasıdır. Lakin bu xəstəliklərə səbəb yaradan yeganə faktor sadəcə mikroblar deyil. Sağlam və düzgün qidalanma şərtlərindən kənarada böyüdülən uşaqlar bu xəstəliklərə daha açıq olduqları kimi, məktəbdə diqqət pozulmaları kimi bir çox problemlərlə də dırüzləşə bilir.

1 – ANA SÜDÜ…

Övladınızın sağlam bir vücuda sahib olmasını istəyirsinizsə, çağalıq dövründən onları ana südü ilə bəsləyin. Hətta sonrakı illərdə də sağlam qidalarla övladınızı bəsləsəniz o, həyatı boyu sağlam vücuda sahib olacaq. Üstəlik düzgün və davamlı sağlam vücuda sahib olduğu kimi, məktəb illərində də uğurlu nəticələr əldə edəcək.

2 – Davamlı olaraq idman etmək xroniki xəstəliklərin yaranma riskini azaldır…

Aparılan araşdırmalar zamanı sağlam və dayanıqlı qidalanmayan uşaqların diqqətlərinin yayındığı, qavrama qabiliyyətlərinin azaldığı, nəyisə öyrənməkdə çətinlik çəkdikləri və davranışlarında pozulmaların olduqları, məktəbdə uğur qazana bilmədikləri aşkarlanıb. Ona görə də uşaqların daha sağlam, ürəkdən və uğurlu olmalarında sağlam qidalanmaları ilə yanaşı hərəkətli həyat sürmələri də çox vacibdir. Uşaqların həmin dövrdə etdiyi idman hərəkətləri onlarda xroniki xəstəliklərin yaranma riskini də azaldır.

3 – Tənəffüs yolu infeksiyalarının qarşısını alar…

Tənəffüs yolu xəstəlikləri iki hissəyə bölünür. Üst tənəffüs yolu infeksiyaları qulaq, burun, boğaz infeksiyalarıdır. Alt tənəffüs yolu infeksiyaları isə bronxit və sətəlcəm dediyimiz infeksiyalar nəzərdə tutulur. Bütün hallarda insan infeksiyalardan qorunmaq üçün bədəninin immun sistemini möhkəmləndirməlidir. Lakin bədənin immun sistemi düşdüyü zaman infeksiyalar arta bilər.

4 – Siqaret tüstüsü qulaq iltihabına zərər verə bilir…

Uşaqların 80 faizi 3 yaşına qədər bir dəfə də olsun qulaq iltihabından əziyyət çəkir. Buna səbəb mikrobların anatomik səbəblərdən dolayı qulağa asanlıqla keçə bilməsidir. Ona görə də uşaqlarınızı sıxlıq olan yerlərdən və siqaret çəkilən məkanlardan uzaq tutmalısız. Çünki siqaret tüstüsü qulaq iltihabının inkişaf etməsinə zəmin yaradır.

5 – Ana südü və sitrus meyvələri immuniteti gücləndirir…

Uşaqların bpyümə və inkişaf etmə dövründə onların nə ilə qidalanması çox vacib faktordur. Çünki uşaqlıqda yeyilən qidalar insanın boyuna, çəkisinə, daxili orqanlarına, beynin inkişafına qədər hər şeyə təsir edir. Qidalanmada pozulmalar baş verərsə, immun sistemi zəifləyərək tez-tez infeksiyalara yol açır. Ümumiyyətlə sağlam və davamlı qidalanan uşaqların vitamin qəbul etməsinə elə də ehtiyac yoxdur. Lakin bədəndə vitamin əksikliyi yaranarsa vitaminlərdən istifadə etmək olar. Qəbul ediləcək vitaminlər təbii yollarla alınarsa daha yaxşı olar, məsələn, sitrus meyvələrindən…

6 – Gündə 2-3 stəkan süd içilməlidir…

Uşqlar hər gün 2-3 stəkan süd və süd məhsulları qəbul etməlidir. Heç süd içməyən bir uşaq əgər qatıq və ayran qəbul edirsə, onu süd içizdirmək məcbur deyil. Bundan başqa uşaq gün ərzində 100 qarama yaxın ət də qəbul etməlidir. Ət məhsulları içərisinə toyuq, balıq və mal əti daxildir. Lakin uşaqların qidalanmasında vacib olan faktor meyvələrdir. Çünki uşaq üçün lazım olan bütün vitaminlər məhz meyvələrdədir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00