Öz ölkəsini ədalətli təsvir etdiyinə görə "Nobel" alan yazıçı

Öz ölkəsini ədalətli təsvir etdiyinə görə “Nobel” alan yazıçı
Want create site? Find Free WordPress Themes and plugins.
Əyyub Qiyas

A24.Az “Nobelçilər” silsiləsindən ədəbiyyat üzrə 1917-ci il Nobel laureatını təqdim edir. Tərcüməçi, yazıçı Əyyub Qiyasın tərcüməsində: “Ədəbiyyat üzrə Nobelçi: Henrix PONTOPİDAN”
Danimarkalı yazıçı Henrix Pontopidan Fredersiyada, Yutland yarımadasında, çoxuşaqlı bir ailədə dünyaya göz açıb. Henrixin altı yaşı olanda valideynləri mərkəzi Yutlandiyaya, Randers şəhərinə köçüblər. Yazıçının atası lyüteran keşişi kimi ilahiyyatın təbliğatçısı və danimarkadakı milliyyətçilərin tərədarlarından olub. Pontopidan daha çox anasının xarakterindəki demokratik baxışları müdafiə edib.
Yazıçının ailəsi çox və ciddi həyat tərzi keçirdiyi üçün ailə bir o qədər də ehtiyac hiss etməyib. Pontopidan özü kiçik mülkədarlığa və kapitalist baxışlarına pis münasibət göstərib və daha çox kəndlilərə qarşı daxili sayğı duyub. Elə buna görə də mühəndis olmaq fikrinə düşüb və orta təhsilini başa vurduqdan sonra Kopenhagen politexnik institutuna daxil olub. Kopenhagendə olarkən daha çox qalereyalara gedib, muzeylərə baxıb, fəlsəfi mövzularda mühazirələr dinləyib və ölkənin siyasi həyatı ilə yaxından maraqlanıb.
1877-ci ildə İsveçrəyə səyahət edib və bu səyahət onun həyatında mühüm iz buraxıb. Henrix Pontopidan yazıçı olmaq qəaraına gəlib.
1879-cu ildə institutu yarıda saxlayan Pontopidan qardaşı Mortenin açdığı Frerslev kənd məktəbində müəllimlik etməyə başlayıb. Müəllimlik etdiyi dövrdə fəlsəfə ilə ciddi məşğul olub və Kerkeqorun, Nitşenin, Dostoyevskinin əsərləri ilə maraqlanıb.
1880-ci ildə orduda xidmət edib və ordudan qayıdandan sonra, 1881-ci ildə Mette Mari Hansen ilə evlənib.
1883-cü ildə Danimarkadakı protestantlıqla bağlı roman üzərində işləyib. 1884-cü ildə yaşadığı və işlədiyi kəndi tərk edərək Almaniyaya və İtaliyaya səyahətə çıxıb.
1892-ci ildə birinci arvadından boşanaraq Antuanetta Kofud ilə ailə qurub. 1893-1894-cü illər ərzində ona şöhrət gətirən “Xoşbəxt Per” romanı üzərində işləyib. Ondan sonrakı 20 il ərzində yazıçı yaradıcılıq işini davam etdirib və beş kitabdan ibarət bioqrafiyasını yaradıb.
Henrix Pontopidan ömrünün son illərini Kopenhagen yaxınlığında keçirib və 1943-cü ilin 21 avqust tarxində vəfat edib.
H.Pontopidan 1917-ci ildə, digər bir danimarkalı yazıçı Karl Gellerrup ilə bir yerdə ədəbiyyat üzrə sayca on səkkzinci nobel mükafatına layiq görülüb. Mükafat yazıçıya “çağdaş Danimarka həyatının ədalətli təsvirinə görə” verilib.
XOŞBƏXT PER
(romandan parça)

Bu müddət ərzində Bestrupada qızğın toy hazırlıqları gedirdi. Tikiş maşını səhərdən axşama qədər şaqqıldayır, bazar ertəsi günlərində isə keşiş xanımı şəhərə – cehizin böyük hissəsini sifariş verdiyi yerə gedirdi. Bir sözlə, Per qapının ağzında görünən kimi qoz ağacı, tik, reps və sətin parçalar, naxışlı tikmələr, mütəkkələr, yastıqlar, at tükü, tül pərdələr, yataq dəsti kimi haylı-küylü sözlərdən qulqlarına səs düşürdü. Hətta yaşadığı eşqin şirinliyinə sevinməkdən daha çox sərraca,xarrata vaxt ayıran İngerin də başı cehiz məsələsinə qarışmışdı. Per Bestrupada özünü artıq sayırdı.
Düzdür, elə özü də xəlvətcə evini İngeri qarşılamağa hazırlayırdı. Daha pis qazanmırdı da. Əsas işlərindən başqa (yəni çay məcrasının planının hazırlanmasından başqa) bəzi xırda işlərlə də mşğul olurdu və bu əlavə işlər ona xeyli gəlir gətirirdi. Qohumlarına olan borclarının hamısını qaytarmışdı, indi də Filipp Salamonula İvenin borcunu qaytarmaq üçün pul yığırdı. Üstəlik, uçuq-sökük evini həm içəridən, həm də bayırdan səliqəyə salmağa başlamışdı. Təzə divar kağızları almış, mətbəxdəki köhnə dəbli kərpic döşməni və taxta dayaqları təzələmişdi. Xüsusi bacarığı burada da köməyinə çatdı, çoxuna adi və sadə görünən həmin istedadı sayəsində sobanın yerini dəyişdi, su xəttini yenilədi və bəzi bu kimi işlər gördü.
Per dəqiq bilirdi ki, İnger üçün yaxşı şəraiti olan mətbəxdən, sərin əl evindən, divarları səliqə ilə ağardılmış zirzəmidən və odunla dolu anbardan gözəl hədiyyə ola bilməz. Səliqə-səhman yaratmaq və təmizləyə diqqət etmək İngerə anasından keçmişdi. Təmiz yuyulmuş boşqablara, parıltısı göz qamaşdıran mis qazançalara baxmaq onun qəlbində bir çoxlarının hər hansısa möhtəşəm bir sənət əsərinə tamaşa edərəkən keçirdiyi məmnunluq hissi oyadırdı.
Təbii ki, məişət qayğılarını təmin etmək yolunda göstərdiyi səylər bir tərəfən Perin gözlərini açırdısa, digər tərəfdən ətrafda olan çatışmazlıqları da görməyə imkan verirdi. Mətbəxin təmirini bitirib başa çatdırmadan ağılına qonaq otağının döşəməsini dəyişmək fikri girdi. Özü də hiss etmədən Bestrupadakı əhval-ruhiyyə burada ona sirayət etmişdi. Demək olar ki, keşiş Fyaltrinqin evinə baş çəkməyə belə vaxt tapa bilmirdi. Ağlından keçənləri yerli-yataqlı başa çatdıra bilməyəcəyindən ehtiyat edir, İnger kimi o da, özülüyündə toyun bir neçə həftəliyə təxirə salınmağını düşünürdü.
Elə o ərəfədə şəhərdən sifariş edilmiş mebelleri gətirib çıxartdılar və mebellərlə bir yerdə yeni qayğılar yarandı. Dolabı lazım olan ölçüdən böyük düzəltmişdilər və hara qoyurdularsa, alınmırdı; di gəl pərdə asmaq üçün karnizləri isə, əksinə, lazım olduğundan bir qədər qısa hazırlamışdılar. Ən əsası isə İnger bir müddət divar kağızlarının mebel və xalçalara uyğun gəlmədiyi fikri ilə özünü üzdü. Per vaxt tapıb Bestrupaya gələn kimi İnger qaçıb onu qarşılayır və əlüsütü qayğılı baxışları ilə ondan pəncərələrin hündürlüyünü, döşəmələrin ölçüsünü xəbər alırdı, ayrılarkən isə ona o qədər tapşırq veriridi ki, Per hər şeyi yadında saxlamaq üçün hətta qızın yanağından öpməyi belə unudurdu.
Bu təlaşlar o möhtəşəm günə – toya iki gün qalana qədər davam etdi və toya iki qalanda ümumi narahatlığın ölçüsü bütün geridə qalan narahatlıqları üstələyib keçdi. Bütün sifarişlər təmin olunmuşdu, bircə çarpayılardan başqa, onları hər an gözləyirdilər. Mebel ustasının yanına çapar göndərmişdilər və o da çarpayıları vaxtında çatdıracağına söz vermişdi. Çarpayıların vaxtında gəlib çatmamağı Bestrupadakı söhbətlərin əsas mövzusu olmuşdu. Per ağlına da sığışdıra bilmirdi ki, İnger kimi utancaq, abırlı bir qız necə ola bilər qayğılarını nişanlısından başqa, Bestrupaya gəlib toy ilə maraqlalan hər kəslə bölüşə bilir. Tufan şəhərciyə qədər gedib çatmışdı, hər yerdə çarpayıların söhbəti gedirdi; axır ki, toya bir gün qalanda çarpayılar da gəlib çıxdı və hamı dərindən nəfəs aldı.
Möhtəşəm gün gəlib yetişdi. Səhər tezdən boy verən günəşin şəfəqləri şəhər boyu asılmış al-alvən mərasim bayraqlarının üstünə işıq saçdı. Toy karvanı kilsəyə tərəf yol alanda qocalı-cavanlı hər kəs küçələrə axışdı. İnger üstü açıq faytonda yaraşıqlı bir kişi ilə –dayısı ilə yanaşı oturmmuşdu, dayının rəngi dəqiq bilinməyən şiş uclu saqqalı vardı, əynindəki frakın yaxasına qızılgül sancmışdı. İnger son dərəcə gözəl görünürdü və bu gözəllyindən özü də xəbərdar idi. Onu bəzəyib-düzəyən xalaları, başına fata keçirən, boynuna mərsin çələngi asan rəfiqələri, qulluqçular, işçilər, bir sözlə toya tələsən hər kəs – hamı bir səslə deyirdi ki,Bestrupadakı kilsə bu vaxta qədər onun kimi gözəl gəlin görməyib.
Qonaqların arasında Perin qohumlarında da var idi – Eberhard və Siqne. Bütün yerli “əsilzadələr” də toyda iştirak edirdilər: ədliyyə müşaviri Klausen, saray nazirinin xanımı, Ali xalq məktəbinin müdiri, bir neçə keşiş, kənd icmasının nümayəndələri, ziyalılar – bir sözlə, əlli nəfərə qədər adlı-sanlı adam.
Günorta vaxtı keşişin bağçası qonaqlarla dolmuşdu. Dedi-qoduçular bacardıqları qədər pəncərələrə yaxın olmağa çalışır, masa ətrafında deyilən sağlıqları aydın eşitmək istəyirdilər. Sonra ağacların altında qonaqlar üçün süfrə açıldı, heç kəs süfrədəki nemətlərdən dadmadan gedə bilməzdi, süfrə o qədər uzun oldu ki, elə bil bağçada əsl xalq gəzintisi təşkil olunmuşdu.
Ertəsi günün səhəri uzaq qohumlar yavaş-yavaş getməyə başladılar – lap birinci də Eberhard ilə Siqne getdi, sonra da keşiş xanımının qardaşı, İngerin dayısı onları tərk etməli oldu. Sən demə dayı qoca yaşlarında başını məcaralarla qarışdıran son dərcə məşğul adamlardan biri imiş. Bir vaxtalr ürəyi istəyən qədər dünyanı gəzib dolaşmış, sonra bir yerdə qərar tutaraq hətta Fiumdakı sanballı gəmi tərsanələrindən birində kommersiya direktoru olmuşdu və elə indi də orada yaşayırdı. İllərdən bəri ziyarətində olmadğı doğma vətinə gəlmək təklifini məmnuniyyətlə qəbul etmişdi və toya qədər Bestrupada bir həftəyə qədər qalmışdı. Dayı yad siması və yabançı xasiyyəti ilə keşiş ailəsini çətinliyə salmışdı. Hər kəsdən də çox qaynını “qoca ədəbaz” adlandıran keşiş Blomberq narahatlıq keçirirdi. Xoşbəxtlikdən dayı Per ilə asanlıqla dil tapa bilmişdi və bir neçə dəfə iş dalınca gedəndə Peri müşayət etmişdi. Düzdür, texnikadan bir o qədər də baş çıxara bilmirdi, amma işin keyfiyyətini dəyərləndirə bilirdi və son dərəcə ədəbi fikrilərlə bacısına kürəkənin çox yaxşı oğlan olduğunu demiş, bu qara dəlikdəki kəndlilər arasında ondan yaxşısını tapmağın mümkün olmadığnı etiraf etmişdi.
Fru Blobmerq səhər ertədən narahtlıq keçirməyə başlamışdı, hətta qonaqalar çıxıb gedəndən sonra da sakitləşə bilmədi. Qardaşını stansiyaya qədər ötürdü ki, oradan da gedib cavanlara baş çəksin.
Günortaya az qalsa da təzə evlənənlər səhər yeməyini yenicə bitirmişdilər, süfrə arxasındakı durum da bir o qədər ürəkaçan deyildi. Perin simasında qəribə bir heyrət ifadəsi donub qalmışdı, İngerin isə rəngi ağarmışdı, doluxsunmuş halda sakitcə oturmuşdu. Bütün bu əhvalı nəzərindən qaçırmayan Fru Blobmerq özünü görməməzliyə vurmağa çalışırdı. Düz iyirmi iki əvvəl zifaf gecəsinin səhəri o da özünü eynən belə hiss etmişdi. Ona görə də cavanlarla birlikdə qəhvəsini sona qədər sakitcə içdi. Qəhvəni içib bitirdikdən sonra İngerlə bərabər ev işlərini görməkdən ötrü əvvəlcə mətbəxə, oradan əl evinə getdi, Per isə kabinetinə girib qayınanası çıxıb gedənə qədər oradan bayıra çıxmadı.
O, pəncərənin arxasında oturdu, əlləri ilə başına dayaq verərək hasarın arxasından görünən boşluğa tamaşa etdi. Nə isə ciddi bir hadisə baş vermədiyini yaxşı başa düşürdü və bilirdi ki, zaman keçdikcə İngerin dəyəmədüşrliyinə də son qoyulacaq. Amma nə olursa olsun ürək açan bir hadisə baş verməmişdi və ürəyi əvvəlki kimi sıxılırdı.
Bütün ömrü boyu yaddaşında yaşayacaq işıqlı xatirələrin əvəzinə nə üçünsə xoşagəlməz bir mənzrə alınmışdı və baş verənləri bir ömür utanc və nifrətlə xatrlayacaqdı.
Xəyalı onu bundan əvvəlki zifaf gecəsinə – Yakoba ilə olan gecəyə apardı və özündən asılı olmayaraq o gecə ilə bu gecəni müqayisə etməyə çalışdı. Ancaq birdən hansısa məşum bir duyğu ruhunun dərinliklərndə baş qaldırdı və sanki zəhərli ilana dönüb düz ürəyinin başını sancdı. Bəlkə hər şeyin günahkarı elə özü idi? Bəlkə keçmişdə etdiyi günahların cəzasını çəkirdi?

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar