Öz səsiylə Putini heyran qoyan 9 yaşlı azərbaycanlı - VİDEO

Öz səsiylə Putini heyran qoyan 9 yaşlı azərbaycanlı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Putini 9 yaşında öz səsi ilə heyran qoyan bu azərbaycanlı Murad Rüstəmzadədir.

“Bayat-Şiraz” və “Qarabağ şikəstəsi”ni Moskvada Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin qarşısında ifa edən Murad Rüstəmzadə A24.az-a öz xatirələrini bölüşüb.

İkinci sinifdə müəlliməsi tərəfindən kəşf olunan Murad 6 saylı musiqi məktəbində Əlibaba Məmmədov və Məmmədbağır Bağırzadədan dərs alıb.

Bülbül adına Orta İxtisas Musiqi məktəbində təhsilini davam etdirən Muradın səsini müəllimi Əlibaba Məmmədova bənzədənlər də çox olub. Qısa zamanda istedadı kəşf olunan balaca xanandə bir çox beynəlxalq müsabiqələrə qatılır və hər birində də 1-ci yeri qazanır.

9 yaşında Moskvaya dəvət alan Murad burada “Qarbağ şikəstəsi”ni və ” Bayatı-Şirazı” ifa edir. Rusiya və Azərbaycan prezidentlərinin də qatıldığı tədbirdə bunun da öhdəsindən gəlməyi bacaran xanəndə öz səsiylə hər kəsi heyran qoyur. O, bu anı belə xatırlayır: ” Çox həyəcanlıydım, ifam bitəndə Vladimir Putin və prezidentimiz İlham Əliyev məni yanına çağırdı və təşəkkürlərini bildirdilər. Bu yaşda ” Qarabağ şikəstəsi”ni belə ifa etməyim Putini çox heyrətləndirmişdi. Və mükafata layiq görüldüm.  Mənim üçün unudulmaz gün idi.”

Hazırda musiqi məktəbində dərs deyən Murad Rüstəmzadənin yeganə arzusu doğulub, lakin uşaqlığını keçirə bilmədiyi öz doğma yurdunda – Qarabağ torpaqlarında “Qarabağ Şikəstəsi”ni ifa etməkdir.

Brilyant Rəsulova// A24.az

Öz səsiylə Putini heyran qoyan 9 yaşlı azərbaycanlının indiki məşğuliyyəti

Öz səsiylə Putini heyran qoyan 9 yaşlı azərbaycanlının indiki məşğuliyyəti"Boyum çatmırdı deyə ayağımın altına kalonka qoyurdular…"

Posted by a24.az sayt on Montag, 26. Februar 2018

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm, Şou-biznes, Reportaj, Müsahibə, Maraqlı, Eksklüziv, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar