A24 Xeber

Özünüzə gün eynəyi seçə bilmirsiniz? – Üsulları

Özünüzə gün eynəyi seçə bilmirsiniz? – Üsulları
76
15 May 2018 - 15:55

Özünüzə gün eynəyi seçərkən çətinlik çəkirsiniz? Eynək seçərkən şüşənin rənginə diqqət edin. Yaşıl rəngli şüşə yorğunluğun qarşısını alır, güzgülü şüşə isə çox qaranlıq göstərdiyi üçün qumlu mühit üçün daha münasibdir.

“A24.az” xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis həkim Fatih Atmaca gün eynəyi seçməyin üsullarını təqdim edib:

1 – UV qoruması olmalıdır…

UV (ultrabənövşəyi şüalar) qorunması: günəş əleyhinə eynək alan zaman diqqət yetirilməsi vacib olan məqamlardan biri şüşələrin ultrabənövşəyi şüaların qarşısını almasıdır. “UV 400” etiketinə sahib olan gün eynəyi gözlərinizin və gözün ətrafındakı həssas dərinin sağlam qalmasına kömək edəcək və gözlərinizi rahatladacaq. Lakin günəş əleyhinə olan eynəklərdə istifadə olunan aynalı örtüklər gözə düşən işığın miqdarını aşağı salmaqla birlikdə, ultrabənövşəyi şüaların qarşısını almaqda təsirsizdir.

2 – Polirizasiyadan qorumaq…

Sudan, şüşədən, qar və qumdan yansıyan günəş şüalarını süzərək parlaqlığın azalmasını təmin edirlər. Avtomobil sürənlər və xüsusilə də qış və su idmanı ilə məşğul olan şəxslər bu cür eynəklərə üstnülük verməlidir. Lakin polirizə edilmiş eynəklər gündəlik istifadə zaman bəzi narahatlıqlara səbəb olur. Mobil telefonun ekranlarında, LCD ekranlı panellərdə görməni azalda bilərlər.

3 – Hansı rəngdə gözlük seçməlisiniz?

Bütün günəş əleyhinə olan gözlüklər parlaqlığın qarşısını alan və baxarkən aydın göstərə bilən şəkildə rəngləndirilir. Günəş gözlüyündəki şüşənin rəngləri şəxsi zövqlə əlaqədar olsa da, seçəcəyiniz  rəngin bəzi yerlərdə görmənizə təsir edəcəyini nəzərinizdən qaçırmayın.

-qəhvə rəngi, boz, yaşıl: Şüşəsi bu rəngdə olan gözlüklərin çox cüzi şəkildə parıltını keçirdiyi və göz yorğunluğunu azaltdığı bildirilir.

-sarı, qızılı, açıq qəhvə rəngi: bu rəngdə olan gözlüklər günəş şüalarından az qorusa da, bir qədər qaranlıq mühitdə görməyə mane olmur. Bu rəng gözlüklər qarlı havalarda sürüşərkən və ya digər idman növlərində olduqca istifadə olunandır.

-çəhrayı, qırmızı: bu rəngdə olan gözlüklər olduğunuz mühitin daha parlaq görünməsinə şərait yaradır.

4 – Aynalı şüşələr…

Bu cür gözlüklər işığı daha çox yansıdaraq gözə daha az keçməsinin qarşısını alır. Lakin düşdüyünüz mühiti daha qaranlıq göstərirlər. Bu kimi eynəklər daha çox qumlu, sulu, qarlı və yüksək hündürlüklü şərait üçün uyğundur.

5 – Kiprikləriniz çərçivəyə dəyməməlidir…

Alacağınız günəş gözlüyünün şüşəsi və çərçivənin materialı sağlamlıq üçün çox əhəmiyyətlidir. Şüşə gözlüklər cızılmaya qarşı davamlı olduğu halda, polikarbon gözlüklər parçalanmaya qarşı dözümlüdür. Çərçivənin də zərif və allergiya yaratmamaq xüsusiyyəti olmalıdır. Bunlardan başqa günəş gözlüyünün üzünüzə uyğun olması çox vacibdir. Gözlüyün burnunuzu və qulaqlarınızı incitmədən, sürtmədən rahat şəkildə durması lazımdır. Gözlük seçən zaman eynəyin üzünüzə yaxın məsafədə, lakin kipriklərinizin dəyməyəcəyi şəkildə və qaşlarınızı bağlayan gözlük seçməyiniz gözəl olacaqdır.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00