PA-nın yeni şöbə müdiri Fərəh Əliyeva kimdir? - DOSYE

PA-nın yeni şöbə müdiri Fərəh Əliyeva kimdir? – DOSYE
Want create site? Find Free WordPress Themes and plugins.

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Fərəh Əliyeva Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin olunub.

Fərəh Əliyeva kimdir?

A24.Az xəbər verir ki, Fərəh Şirməmməd qızı Əliyeva 1961-ci il 7 sentyabr tarixində Bakıda anadan olub. O, Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyasını) fərqlənmə diplomu ilə (1984) bitirib.
F.Əliyeva 1984-cü ildən Bakı Musiqi Akademiyasında “Musiqi tarixi” kafedrasında çalışmış, sənətşünaslıq namizədi (1994), sənətşünaslıq doktoru (2008) elmi dərəcələrinə, 2005-ci ildən isə professor elmi adına layiq görülüb. O, 1994-cü ildən 2006-cı ilə kimi Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb.
Fərəh Əliyeva Ü.Hacıbəylinin 110 illiyinə həsr olunmuş musiqişünasların 1 Respublika müsabiqəsinin laureatıdır (1 mükafat, 1994), 2003-cü ildə isə “Humay” milli mükafatı ilə təltif olunub. O, 2006-2014-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində əvvəlcə “Musiqi sektoru”nun müdiri olub, daha sonra “İncəsənət” şöbəsinə rəhbərlik edib.
Fərəh Əliyeva Azərbaycan musiqi tarixinə dair 3 monoqrafiya – “Azərbaycan musiqisində üslub axtarışları” (1994), “XX əsr Azərbaycan musiqisi: tarix və zamanla üz-üzə” (2007), “Üzeyir Hacıbəyli: Şəxsiyyət və cəmiyyət” (2010) monoqrafiyalarının, “Musiqi tariximizin səhifələri” elmi və publisistik məqalələr toplusunun (2003), “XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixinin qaynaqları” 3 cildliyinin (2005), 2 dərsliyin, 200-ə yaxın elmi və elmi-publisistik məqalələrin müəllifidir.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan görkəmli musiqişünas alim, televiziya və radioda çoxsaylı verilişlərin aparıcısı, iştirakçısı olub. Fərəh Əliyeva yeni təyinatadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru olub./Mətbuat.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar